Xəzər müəllim: Vətən sərhədlərinin bütövlüyü təmin olundu
1-05-2023, 11:09
26 dəfə baxılıb

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağgöl Dövlət Təbiət Qoruğunun rəisi Xəzər müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağgöl Dövlət Təbiət Qoruğunun rəisi Xəzər müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağgöl Dövlət Təbiət Qoruğunun rəisi Xəzər müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xəzər müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Xəzər müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Xəzər müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Xəzər müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağgöl Dövlət Təbiət Qoruğunun rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Xəzər müəllim özünü doğruldub. Bizdə hörmətli Xəzər müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ağgöl Dövlət Təbiət Qoruğunun rəisi Xəzər müəllim - 44 günlük Vətən müharibəsində Möhtəşəm Qələbəmizdən artıq 2 ildən çox vaxt keçsə də, kapitulyasiya sazişinə imza atan Ermənistanın hər vəchlə məğlubiyyətini həzm etməməsi sülh müqaviləsinin imzalanmasına mane olur. Ermənistanla şərti sərhədlərimizdə, habelə Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə vaxtaşırı törədilən təxribatlar da sülh müqaviləsinin imzalanmasının, regiondakı kommunikasiya xətlərinin bərpasının qarşısını almaq məqsədi daşıyır.
Bütün bu reallıqları dəfələrlə beynəlxalq ictimaiyyəin diqqətinə çatdıran Azərbaycan tərəfinin atdığı bütün addımlar regionda daimi sülhün təmin edilməsi yönündə olub. Amma erməni təxribatları birbaşa dövlətimizin təhlükəsizliyini, ordusunun qəhrəman əsgərlərini hədəf alıb. Ermənistanla şərti sərhədimizdə əsgərlərimizə qarşı hücum nəticəsində 3 nəfər əsgərimizin şəhid olması, Silahlı Qüvvələrimizin keçdiyi yola mina döşənməsinin nəticəsi olaraq hərbi maşınımızın sıradan çıxarılması ilə 3 nəfər hərbçinin yaralanması son təxribatlardır. Bu yaxınlarda Naxçıvanla sərhəddə yolunu azmış əsgərləimizin isə qəddarcasına döyülməsi, daha sonra isə onları guya hansısa erməninin öldürülməsində günahlandırılaraq həbs edilməsi, bununla da beynəlxalq humanitar hüququn prinsiplərinin kobobud şəkildə pozulması Ermənistanın sülhdən çox uzaq olduğunun göstəricisidir. Çünki son illərdə, hətta yaxın bir neçə ayda dəfələrlə yolunu azaraq Azərbaycan tərəfinə keçən erməni əsgərləri qısa müddətdə geri qaytarılsa da, Ermənistandan adekvat münasibəti görmədik.
Ancaq qalib dövlətin də, onun rəhbərliyinin də, ordusunun səbir kasasının da bir həddi var. Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə törədilən son təxribatdan sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ölkəmizin Ermənistan ilə şərti sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulması da bunun nəticəsidir.
Bu addım ölkəmizin süveren hüquqlarının bərpası olsa da, Ermənistan tərəfinin öz havadarlarının dəstəyi ilə Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaratmasını az qala “faciə” kimi təqdim etməsi regionda onsuz da gərgin olan vəziyyəti daha da qəlizləşdirir. Əslində isə məsələ olduqca sadədir: Azərbaycan uzun illərdir terror yuvasına, kriminal durumun qeyri-sabit olduğu bölgəyə çevrilmiş nəzarətsiz qalan ərazilərinə giriş-çıxışı nəzarətə götürmək istəyir. Orada yaşayan və gələcəkdə dövlətimizin tanıdığı hüquq və azadlıqlar çərçivəsində yaşamaq fikrində olan Azərbaycan vətəndaşlarına isə reinteqrasiya təklif edir. Buna “blokada”, hətta “genosid” donu geyindirərək, beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdləri iflasa məhkumdur. Çünki dövlətimiz apardığı ədalətli müharibə zamanı da mülki əhalinin və obyektlərin zərər görməməsi üçün əlindən gələni əsirgəməyib.
Ermənistan isə 44 günlük müharibə zamanı gecə yuxusunda olan dinc sakinlərimizi Gəncədə hədəfə alıb, Bərdə, Tərtər, Ağcabədi və digər rayonlarda müharibə qanunlarına zidd olaraq mülki şəxslərə qarşı qətliam törədib. Sual olunur: 30 il ərzində müharibə cinayətləri həyata keçirən Ermənistan, habelə baş verən qətliama seyrçi qalanlar hansı haqla öz suveren ərazilərimizdə xüsusi dəhlizlə və heç bir yoxlama olmadan gedib-gəlmək hüququ tələb edirlər? Üstəlik, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatının müddəalarına zidd olaraq Azərbaycanın bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə öz ərazisindən dəhliz belə vermək istəmir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev, Fransanın xarici işlər naziri Ketrin Kolonnanı aprelin 27-də qəbulu zamanı, Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına münasibət bildirərəkən də vurğulayıb.
Azərbaycan Prezidenti həmin görüşdə açıq şəkildə bildirib ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulması dövlətimizin ərazi bütövülüyümüzün təmin olunmasının ifadəsidir. Artıq həmin nəzarət-buraxılış məntəqəsində pasport-viza və gömrük məntəqələrinin yaradılması prosesinə də start verilməsi 30 il ərzində, hətta son 2 ildə belə Laçın dəhlizin sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyantlı məhsulların daşınmasının, xarici vətəndaşların qanunsuz hərəkətinin qarşısını alacağına şübhə yoxdur.
Ən nəhayət, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının ucaldılması mərasimində Ali Baş Komandan İlham Əliyevə məruzə edən qəhrəman Azərbaycan əsgərinin sözləri ilə fikrimizi tamamlamaq istərdik: “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur”.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR