xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Prezident: “Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi”

17-10-2020, 12:21 73 dəfə baxılıb

Prezident: “Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi”


“Uzun illərin doğma torpaq həsrəti başa çatır. Azərbaycan öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. Füzuli uğrunda gedən döyüşlər çox ağır döyüşlər oldu”..

Oxu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

O bildirib ki, Azərbaycan ordusu çox böyük fədəkarlıq göstərir:

“30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu.

Təssüf ki, Füzulidən əsər-əlamət qalmayıb. 30 il ərzində Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi. Bütün binalarımız, məscidlərimiz sökülüb, evlər sökülüb. Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib.

Füzuli şəhərinin qalıqları erməni faşizminin şahididir. Biz Füzulini yenidən abadlaşdırıb, o kəndlərə qayıdacağıq. Biz öz torpaqlarımızı yenidə abad, müasir şəhərə çevirəcəyik. Bu torpaqlara yenidən həyat qayıdacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi