xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Murov dağından Kəlbəcərə, Xudavəng monastırına səyahət - VİDEO

12-01-2021, 10:44 40 dəfə baxılıb

Murov dağından Kəlbəcərə, Xudavəng monastırına səyahət - VİDEO


Kəlbəcərə Göygöl rayonunun Toğanalı kəndi ərazisindən yola düşdük. Sərt və çətin relyefə malik Murovun qarlı, buzlu yollarını keçərək “Ömər aşırımı” postuna çatdıq. Bu post 27 il ermənilərin nəzarəti altında olub. Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin yerləşdiyi mövqelərdən daha yüksəkdə və əlverişli mövqedə olduqları üçün ermənilər mütəmadi olaraq bu postdan Azərbaycana diversiya qrupları göndərir, hücumlar təşkil edirdilər.

Ermənistanın terrorçu diversiya qruplarının ərazilərimizə basqın cəhdlərinin qarşısını almaq məqsədi ilə əks-hücum həmlələrinə başlayan Azərbaycan Ordusunun hərbçiləri “Ömər aşırımı” postunu, ətraf əraziləri və başqa yüksəklikləri də işğaldan azad ediblər.

“Ömər aşırımı“ postunun da yerləşdiyi eyniadlı aşırımı keçdikdən sonra Kəlbəcərə doğru irəliləməyə başladıq. Yolboyu sərt aşırımlardan çətinliklə keçərək Kəlbəcərin Yanşaq kəndinə çatdıq. Xatırladaq ki, bu, Birinci Qarabağ müharibəsində doğma yurd-yuvalarından zorla çıxarılan, ac-susuz, əliyalın on minlərlə azərbaycanlının, gözlərinə qan dolmuş erməni cəlladlarından xilas olduğu yoludur.

Ətrafda dağıdılmış, yandırılmış evlər və hərbi kazarmalar, həmçinin sıradan çıxarılmış elektrik xətləri görünür.

Kəlbəcərin Vəng kəndinə qədər yolboyu erməni vəhşiliyini hər yerdə görmək mümkündür. Kəsilmiş ağaclar, məhv edilmiş yaşıllıqlar, yandırılmış evlər və digər tikililər, dağıdılmış körpülər erməni xislətinə xas olan bütün nümunələri əks etdirir.

Beləliklə, çatdıq Vəng kəndində yerləşən, Azərbaycanda yaşayan udinlərin qədim ziyarətgahı olan Xudavəng monastırına.

Xudavəng monastırı 27 illik işğaldan azad edilərək öz həqiqi sahiblərinə - Azərbaycanda yaşayan udinlərin ixtiyarına verilib. Burada udinlərlə yanaşı, erməni rahiblər də ibadət edirlər.

Ermənilərə xas olan yalançılıq və saxtakarlıqlar Xudavəng monastırında da özünü büruzə verir. Monastır işğal altında olan zaman onun əsas simvollarını dəyişən ermənilər dini abidənin onlara məxsus olduğunu iddia edirlər. Kəlbəcər işğal altında olduğu illərdə monastırda tikililərə müxtəlif üsullarla xaçlar, ermənicə yazılar yazılıb. Bu azmış kimi, ərazidəki albanlara (udinlərə) məxsus qəbirləri də dağıdaraq yox ediblər. Belə ki, bu qədim Alban məbəd kompleksini dünyaya güya qədimi erməni kilsəsi kimi tanıtdırmağa cəhd ediblər.

Bütün bunlara baxmayaraq, 27 il sonra Kəlbəcər işğaldan azad olunandan sonra monastır əsl sahiblərinə qaytarıldı.

Qeyd edək ki, Xudavəng monastırı İsa Məsihin apostolu Faddeyin şagirdi Dadi tərəfindən yaradılıb və Azərbaycan ərazisində ən böyük monastırdır.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi