xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO

25-11-2020, 10:34 54 dəfə baxılıb

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO


“Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri bu gün – 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olurlar. Bu tarix əvvəl 15 noyabr göstərilmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Bu gün – 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub”.
Report xəbər verir ki, bunları Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildirim ki, Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə iki istiqamətdə daxil olub. Bu, Göygöl rayonunun Toğanalı kəndi və Daşkəsən istiqamətləridir. Hazırda bölmələrimizin hərəkəti davam edir və bölmələrimiz müəyyən olunmuş marşrutlar üzrə müəyyən olunmuş məntəqələrə çıxacaq. Azərbaycan Ordusu Kəlbəcəri tam nəzarətə götürəcək", - o qeyd edib.

"Noyabrın 25-i gecə saatlarından mühəndis işləri görülüb. Ərazilər, yollar, çətin keçilən dağlıq yollar minalardan təmizlənib. Döyüş, avtomobil texnikalarının və şəxsi heyətin Kəlbəcər istiqamətinə keçidi üçün hər cür rahat şərait yaradılıb. Bildiyiniz kimi Kəlbəcər hündür, dağlıq ərazidir və hündürlük demək olar, 3 500 metrdən artıqdır. Azərbaycan Ordusunun bölmələri belə ağır şəraitdə Kəlbəcərə daxil olaraq oranı nəzarətə götürəcək.

Bölmələrimiz ilk olaraq hərəkət edərək Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli Bəyanatla müəyyən edilmiş ərazi olacaq. Bu barədə sonradan məlumat veriləcək", - deyə Vaqif Dərgahlı əlavə edib.

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTOMüdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı AÇIQLAMA - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi