Hacı Şahin Hüseynov - Tarixi İrsə Sədaqət və Müasir Turizmin Uğurlu Sintezi

Şəkinin qədim ruhunu yaşadan, yüzilliklərin yaddaşını öz divarlarında qoruyan Karvansaray mehmanxana kompleksinə rəhbərlik edən Hacı Şahin Hüseynov bu tarixi məkanı sadəcə bir turizm obyekti kimi deyil, milli-mənəvi dəyərlərimizin canlı daşıyıcısı kimi idarə edir. Onun rəhbərliyi ilə Karvansaray yalnız qonaqların istirahət etdiyi bir məkan deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin, qonaqpərvərliyinin və tarixinin nümayiş olunduğu nüfuzlu ünvan kimi tanınır. Hacı Şahin Hüseynov öz işinə yanaşmada məsuliyyət, dəqiqlik və yüksək peşəkarlıq prinsiplərini əsas götürərək bu tarixi abidənin həm qorunmasını, həm də müasir tələblərə uyğun inkişafını təmin edir.
Onun rəhbərlik üslubu diqqət və qayğı üzərində qurulub. Hər bir qonağın məmnun ayrılması, hər bir əməkdaşın özünü dəyərli hiss etməsi üçün göstərilən səylər Karvansarayın fəaliyyətində açıq şəkildə hiss olunur. Şəkiyə gələn yerli və xarici turistlər burada təkcə rahatlıq deyil, eyni zamanda isti münasibət, səmimi qarşılanma və yüksək xidmət mədəniyyəti ilə üzləşirlər. Bu isə birbaşa rəhbərliyin düzgün qurulmuş idarəçilik strategiyasının nəticəsidir. Hacı Şahin Hüseynov turizmin inkişafını bölgənin sosial-iqtisadi dirçəlişi ilə vəhdətdə görərək, hər addımında regionun tanıdılmasına və nüfuzunun artmasına çalışır.
Hacı Şahin Hüseynovun fəaliyyəti yalnız mehmanxana kompleksinin idarə olunması ilə məhdudlaşmır. O, daim sosial məsuliyyət hissi ilə yaşayan, cəmiyyətin həssas təbəqələrinə diqqət göstərən bir şəxs kimi tanınır. Xüsusilə şəhid ailələrinə göstərilən diqqət və qayğı onun mənəvi dünyasının zənginliyindən xəbər verir. Müxtəlif xeyriyyə təşəbbüsləri, mənəvi dəstək görüşləri və sosial aksiyalar vasitəsilə o, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrini daim diqqət mərkəzində saxlayır. Bu ailələrin dərdini bölüşmək, onların qayğılarına şərik olmaq onun üçün sadəcə vəzifə deyil, vicdani borcdur.
Qazilərimizə göstərilən dəstək də Hacı Şahin Hüseynovun fəaliyyətində xüsusi yer tutur. O, müharibədə sağlamlığını itirmiş igidlərimizin cəmiyyətə inteqrasiyasına, sosial rifahının yaxşılaşdırılmasına və mənəvi baxımdan özlərini güclü hiss etmələrinə töhfə verməyə çalışır. Karvansaray kompleksində qazilər üçün təşkil olunan tədbirlər, xüsusi güzəştlər və sosial layihələr onun vətənpərvər mövqeyinin real ifadəsidir. Bu addımlar göstərir ki, o, qazilərimizin qəhrəmanlığını yalnız sözlə deyil, əməli fəaliyyətlə də qiymətləndirir.
Hacı Şahin Hüseynov dövlətçilik prinsiplərinə sadiq, milli maraqları hər şeydən üstün tutan bir rəhbərdir. O, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları dəstəkləyir, dövlətimizin inkişaf strategiyasına uyğun fəaliyyət göstərir. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən turizm sektoruna göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək, bu sahədə aparılan siyasətin uğurla icrasına öz töhfəsini verir. Onun rəhbərlik etdiyi müəssisədə dövlət başçısının müəyyən etdiyi prinsiplərə uyğun şəffaflıq, keyfiyyət və vətəndaş məmnunluğu əsas prioritet kimi qəbul olunur.
Karvansarayın tarixi simasının qorunması, memarlıq elementlərinin həssaslıqla saxlanılması və eyni zamanda müasir komfortun təmin edilməsi Hacı Şahin Hüseynovun balanslı idarəçilik bacarığını nümayiş etdirir. O, keçmişlə bu günü ustalıqla birləşdirərək, qədim Şəki ruhunu müasir turizmin tələbləri ilə uzlaşdırır. Bu yanaşma sayəsində kompleks həm yerli, həm də beynəlxalq səviyyədə maraq doğuran turizm mərkəzlərindən birinə çevrilib.
Onun kollektivə münasibəti xüsusi qeyd olunmalıdır. Əməkdaşların sosial rifahı, peşəkar inkişafı və motivasiyası daim diqqət mərkəzində saxlanılır. Hacı Şahin Hüseynov inanır ki, güclü kollektiv olmadan uğurlu idarəçilik mümkün deyil. Buna görə də o, hər bir işçiyə fərdi yanaşır, onların problemlərini dinləyir və həll yolları axtarır. Bu isə müəssisə daxilində sağlam iş mühiti formalaşdırır və xidmət keyfiyyətinə müsbət təsir göstərir.
Hacı Şahin Hüseynovun fəaliyyəti Şəki şəhərinin turizm potensialının daha da genişlənməsinə mühüm töhfə verir. O, müxtəlif mədəni tədbirlərin, görüşlərin və təqdimatların keçirilməsinə şərait yaradaraq, şəhərin beynəlxalq aləmdə tanıdılmasına xidmət edir. Karvansarayın qapıları hər zaman mədəniyyətə, sənətə və milli dəyərlərə açıqdır. Bu da onun rəhbər kimi geniş dünyagörüşə malik olmasından və milli irsə bağlılığından qaynaqlanır.
Vətənə, dövlətə və xalqa bağlılıq Hacı Şahin Hüseynovun həyat fəlsəfəsinin əsasını təşkil edir. O, hər zaman dövlətimizin maraqlarını üstün tutaraq, öz fəaliyyətində milli həmrəyliyi, birliyi və sabitliyi dəstəkləyir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq və inkişaf siyasətinə sadiqliyini əməli işi ilə göstərir və turizm sektorunda əldə olunan nailiyyətlərin davamlı olması üçün var gücü ilə çalışır.
Bu gün Şəki Karvansaray mehmanxana kompleksi yalnız bir istirahət məkanı deyil, həm də vətənpərvərlik, sosial məsuliyyət və dövlətçilik dəyərlərinin yaşadıldığı bir mərkəz kimi fəaliyyət göstərir. Bu uğurların arxasında isə zəhmətkeş, prinsipial və milli maraqlara sadiq rəhbər – Hacı Şahin Hüseynov dayanır. Onun fəaliyyəti göstərir ki, düzgün idarəçilik, səmimi niyyət və vətənə sevgi bir araya gəldikdə həm iqtisadi, həm də mənəvi baxımdan böyük nəticələr əldə etmək mümkündür.
Şəki şəhər Karvansaray mehmanxana kompleksinin rəhbəri Hacı Şahin Hüseynov - Müasir beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. XXI əsrin üçüncü onilliyində - qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda dünyanın geosiyasi mənzərəsi olduqca mürəkkəb və ziddiyyətlidir. İqtisadi tənəzzül, qeyri-sabitlik, kənar müdaxilələrin acı nəticələri və digər mənfi hallar müxtəlif ölkələr və bölgələrin real durumunu əks etdirir. Bu xüsusda “rəngli ssenari”lər, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra regionlar üçün siyasi ənənəyə çevrilib – faktiki olaraq xroniki geosiyasi xəstəlik halını alıb.
XVIII əsr maarifçi – filosofu Şarl Monteskye qeyd edir ki, coğrafiya xalqların taleyidir. Amma dövlətlər dünyaya yazılı tale ilə gəlmirlər. Çünki ərazi mühüm amil olsa da, həlledici deyil.
Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, dünyada mütərəqqi model kimi qəbul və təqdir edilən Azərbaycan nümunəsi də var. Ölkəmizin coğrafi mövqeyi kimi, Cənubi Qafqaz regionunun reallıqları da bəllidir. Azərbaycan maraqların toqquşduğu, kəsişdiyi - uzlaşdığı bölgədə müxtəlif “geosiyasi tamah” sahiblərinin maraq obyektindədir. Bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt “hava kütləsi” kimi ölkəmizə də yönəlir: müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur, Azərbaycanı hansısa güzəştə məcbur etməyə çalışırlar.
Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı bütün suveren ərazilərimizdə dalğalandıra, uzun müddət işğal altında qalmış torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərək azad və abad məkana çevirə bilmişik. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır.
Dünyada indiyə qədər çox sayda münaqişə və müharibələr baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və suverenliyini bərpa etmək üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan və milli birliyə nail olmuş xalqlar haqq-ədaləti təmin edə biliblər.
Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası Azərbaycanı xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, qarşıdurma məkanına çevrilməkdən xilas edərək sabitlik və inkişaf məkanı kimi şanlı Zəfər zirvəsinə yüksəldib. Dövlət başçısının qətiyyətli liderliyi və xalqımızın həmrəyliyi sayəsində tarixi ədaləti bərpa edən Azərbaycan bu gün dünyada söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi kimi diqqət mərkəzindədir.
Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma regionda mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini Qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən ölkə məhz Azərbaycandır. Uzun müddət bölgədə kök salmış neqativ vəziyyətdən istifadə etməyə çalışan məkrli qüvvələrin – geosiyasi avantüristlərin planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq işğal faktını aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyətdir.
Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi Azərbaycanın praqmatik və konstruktiv siyasəti, diplomatik müstəvidə çoxkombinasiyalı strateji gedişləri sayəsində bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır ki, bu da bütün tərəflər üçün faydalı və perspektivlidir.
Ötən il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən Birgə Bəyannamənin imzalanması sülh prosesinin irəliyə aparılması baxımından böyük dəyərə malik olmaqla postmüharibə dövründə regionda mühüm tarixi dönəmin başlanmasını şərtləndirib. İkiqütblü dünya nizamının sıradan çıxmasından sonra, yəni ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlindən bugünədək Cənubi Qafqazda hökm sürən de-fakto müharibə vəziyyəti Azərbaycanın regional sabitlik, təhlükəsizlik və işbirliyinə hədəflənən sülh diplomatiyası sayəsində qeyri-müharibə şəraitinə transformasiya olunub. Artıq 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən bəzi xarici mərkəzlər belə, bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar.
Bütün bunlar Prezident İlham Əliyevin milli maraqlara və qlobal çağırışlara söykənən strateji kursunu 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olub:
- Vaxtı düzgün seçmək;
- avantüraya getməmək;
- ölkəni risk altına salmamaq;
- mümkün dərəcədə - maksimum uğura nail olmaq.
Azərbaycan Prezidenti müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: ölkəmiz nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, strateji təmkinə əsaslanan siyasi kursun reallaşdırılması nəticəsində Bakının mövqeyinə üstünlük - rəyinə müstəsna önəm verilir:
- Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd geosiyasi qütblərdə dayanan tərəflərlə belə gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir;
- Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Bu vaxta qədər güc mərkəzlərinin nümayəndələrinin bir çox görüşləri məhz Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr Azərbaycanın paytaxtında aparılıb. Dialoq və əməkdaşlıq məkanı olan Bakı artıq Cənubi Qafqazın diplomatiya paytaxtı kimi xarakterizə edilir;
- Azərbaycan daim beynəlxalq hüquqa hörmət olunmasının tərəfdarıdır. Uzun müddət Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edilməsini vacib prinsip kimi əsas götürüb və bu, indi də dəyişməz xarici siyasət paradiqmasıdır.
Nəticə etibarilə, Azərbaycan Liderinin 4 qızıl qaydası qlobal kataklizmlər fonunda ölkəmizi sabitlik və təhlükəsizlik adasına, Cənubi Qafqazı isə geosiyasi cazibə mərkəzinə çevirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: