xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Kamaləddin Qafarov: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”

2-10-2025, 15:41 3 dəfə baxılıb



“Sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. “Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir.”

Millət vəkili bildirib ki, energetika sahəsindəki əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin ən mühüm sütunlarından birini təşkil edir: “Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi çərçivəsində həyata keçirilən işlər Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Cənab Prezident İlham Əliyevin öz bəyanatında vurğuladığı kimi, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və qaz ixracının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Bu uğurlar, şübhəsiz ki, iki ölkə arasında qarşılıqlı inamın, dəqiq strateji planlamanın və uzunmüddətli əməkdaşlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, İtaliya Prezidentinin TAP layihəsinin reallaşması üçün göstərdiyi şəxsi səylər də bu tərəfdaşlığın nə qədər dərin və səmimi olduğunu göstərir.”

K.Qafarov Azərbaycan ilə İtaliya arasında humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib: “Dövlət başçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-Azərbaycan Universiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmış strateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasında mədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncin burada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan ilə İtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçün strateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər” .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi