xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır”

4-04-2025, 14:14 4 dəfə baxılıb

Kamaləddin Qafarov: “Almaniya sülh sazişinin imzalanmasında maraqlıdır”


“Almaniya bu gün Avropanın iqtisadi cəhətdən ən güclü ölkələrindən biri hesab olunur. Bu ölkənin yüksək nüfuzu onun Avropa İttifaqının xarici siyasətində aparıcı rollardan birinə sahib olmasını təmin edir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. “Həmin dövrdə Almaniyanın “Simens qardaşları” şirkəti tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqlarının bazasında iri misəritmə zavodları və Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra qurulub. Həmin vaxtdan ölkələrimiz arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Birmənalı olaraq deyə bilərik ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 1-də ölkəmizə rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına mühüm töhfə olacaq. Aprelin 2-də Almaniya və Azərbaycan Prezidentləri keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdikləri çıxışlarında da bu əminlik xüsusi qeyd olunub. Cənab Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlər tarixində Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfər olduğunu diqqətə çatdırıb və iki ölkə arasında əlaqələrə yeni müsbət təkan verəcəyinə əmin oduğunu vurğulayıb.”

K.Qafarov qeyd edib ki, Azərbaycan və Almaniya Prezidentlərinin keçirdikləri görüş zamanı müzakirə edilən əsas mövzulardan biri də Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin gedişatı ən önəmli məsələlərdən biri olmuşdur: “Cənab Prezident İlham Əliyevin bəyanatında bildirildiyi kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açdı və bu gün həm Azərbaycan, həm də Ermənistan sülhün əldə edilməsi üçün kifayət qədər yaxın mövqelərdən çıxış edirlər. Bu iki ölkə arasında davamlı sülhün əldə olunması təkcə regionumuz üçün deyil, eyni zamanda Avropa İttifaqı üçün də çox önəmlidir. İlk növbədə, bu önəm Azərbaycanın bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu ilə müəyyən edilir. Digər tərəfdən də, Almaniya kimi inkişaf etmiş Avropa ölkələrinin Cənubi Qafqazda həyata keçirilən layihələrdə daha yaxından iştirak etmək istəkləri də regional sülh və sabitliyi zəruri amil kimi ön plana çıxarır. Təsadüfi deyil ki, öz bəyanatında Almaniya Prezidenti də sülh razılaşmanın əldə olunması ilə bağlı mühüm anın yetişdiyini və bu andan istifadə olunaraq sülh müqaviləsinin imzalanacağına çox böyük ümidlər bəslədiyini xüsusi vurğuladı” .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi