xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO

19-09-2020, 12:08 94 dəfə baxılıb

Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb.
Iqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Mikayıl Cabbarov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının səmərəli fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətli yer tutur və bu ilin sonunda İşçi Qrupunun növbəti iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər.

Bildirilib ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsindən istifadə etməklə yaradılan Peşə Təhsil Mərkəzi açılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi önəmlidir. Alman şirkətləri Azərbaycanın əlverişli investisiya və biznes mühitindən, nəqliyyat-tranzit imkanlarından yararlana bilərlər.

Görüşdə İqtisadiyyat naziri pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə məlumat verib, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadi Şurasının yaradıldığını bildirib, postpandemiya dövrü üçün iqtisadi inkişaf istiqamətlərini diqqətə çatdırıb.
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əlaqələrin inkişafı, menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakının davam etdirilməsi, Almaniyanın Kiçik və Orta Sahibkarlıq Federal Assosiasiyası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.



Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi