xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

Anar Rzayev: “Ovqat ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır

Bugün, 13:12 4 dəfə baxılıb

Anar Rzayev: “Ovqat ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Ovqat” ət və ət məhsullarının rəhbəri Anar Rzayevdir.

Anar Rzayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Ovqat” ət və ət məhsullarının rəhbəri Anar Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Anar Rzayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Anar Rzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Ovqat” ət və ət məhsullarının rəhbəri Anar Rzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Vətənpərvər ziyalımız Anar Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. “Ovqat” kolbasa rəhbəri Anar Rzayevdə məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Ovqat” ət və ət məhsullarının rəhbəri Anar Rzayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”



Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də "Ovqat” şirkətinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

Xezerinformasiya.com-un məlumatına görə, adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir.

Ötən il "Ovqat” şirkətində istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli "Ovqat” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar "Ovqat”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində "Ovqat”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.

Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən “Ovqat” kolbasaları keyfiyyəti diqqət mərkəzində saxlayır və 2024-cü ildə keyfiyyəti daha da yüksəldib.

Belə desək, “Ovqat ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.

“Ovqat” kolbasa rəhbəri Anar Rzayev - Erməni aqressiyasının ilk qurbanları olan Xankəndi sakinləri həm də I Qarabağ müharibəsinin ilk məcburi köçkünlərinə çevrildilər. Bu illər ərzində Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmağa məhkum edilən xankəndililər dözülməz həyat məhrumiyyətləri yaşadılar.

İşğal dövründə Ermənistan və havadarları Xankəndi və ətraf ərazilərdə total soyğunçuluq və talançılığa əl atdılar, Kərkicahan, Cəmilli və Kosalar ərazisində azərbaycanlıların mal-qarası, xırda buynuzlu heyvanları, daşınmaz əmlakları, sərvətləri ələ keçirildi, mal və mülkləri yandırıldı, viran edildi. Uzun illər ərzində Azərbaycan Respublikasının büdcəsi hesabına inşa edilən inzibati binalar, infrastrukturlar, sənaye müəssisələri dağıdılaraq yararsız hala salındı.

Sonra isə Qarabağın zəngin sərvətləri 30 il ərzində vəhşicəsinə istismar edilərək Ermənistana və oradan ermənilərə havadarlıq edən ölkələrə daşındı. Nəhayət 2020-ci ilin noyabrındakı Ali Baş Komandanımızın rəhbərliyi altında möhtəşəm qələbəmizdən sonra 2023-cü ilin sentyabrında erməni terrorizminin və talançılığının qarşısı tamamilə alındı, digər şəhərlərimiz kimi əziz və tarixi şəhərimiz olan Xankəndi 200 illik ədalətsizlikdən qurtuldu.

Xankəndinin azadlığı Azərbaycanın suverenliyinin sərhədlərini bütövləşdirdi, coğrafi-siyasi baxımdan Azərbaycan bütöv, vahid orqanizmə çevrildi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də tarixi gündə ‒ Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu gündə Xankəndidə, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Xankəndinin əsas meydanında xalqa müraciət edən Prezident İlham Əliyev həm də 2003-cü il ali dövlət postuna seçilərkən Xalqa verdiyi vədi yerinə yetirərək dövlətimizin qarşısında duran əsas və tarixi missiyanı zəfərlə başa çatdırdı.

Prezident İlham Əliyev iqtisadi güc faktorundan məharətlə istifadə edərək Azərbaycanın regional qüdrətini və Cənubi Qafqazda liderliyini tamamilə təmin etdi. Dünyada dərin kök salmış ədalətsizlik və ikili standartlar mühitində ölkəmizə qarşı haqsızlıqlara rəğmən beynəlxalq təzyiqlərə əzmkarlıqla sinə gərərək düşmən üzərində Parlaq Qələbə qazandı və bu zəfəri həm də diplomatik meydanda təmin etdi. Xalq qarşısında verdiyi bütün vədləri layiqincə yerinə yetirdi. Özünün də bəyan etdiyi kimi, “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

Zəfərimizin son akkordu olan Xankəndi əməliyyatlarının tariximizdə siyasi rəmz mənası isə Ulu Öndərin müqəddəs arzularının, vəsiyyətlərinin məhz “Heydər Əliyev İli”ndə tamamlanmasıdır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfə olmaqla, Ulu Öndərin vəsiyyətini də bütövləşdirdi.

Cənab Prezident bu binanın üzərinə Azərbaycan Respublikasının gerbini vuraraq, önündə müqəddəs Azərbaycan Bayrağı qaldıraraq revanşistlərin arzularını da dəfn etdi. Xankəndidə mərkəzi meydanın Zəfər meydanı adlandırılması da bu baxımdan böyük rəmzi məna daşıyır.
2023-cü il noyabrın 8-də Ali Baş Komandanın Xankəndinin mərkəzi meydanında Zəfər paradını keçirməsi qələbə rəmzinin simvolu idi.
2023-cü il dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Yarışı izləməyə gələn Prezident İlham Əliyev stadionda çıxış edərək futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası olduğunu qeyd etdi. Separatizmin rəmzinə çevrilmiş bu şəhərdə erməni terrorizminin bütün izlərinin silindiyini və geniş quruculuq-abadlıq işləri aparıldığını bildirdi.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xankəndi şəhərində təmir-bərpa və quruculuq işlərinin aparılması ilə bağlı tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Vaxtilə Ulu Öndərin təsdiq etdiyi Baş plan əsasında qurulan Xankəndi hazırda cənab İlham Əliyevin yeni milli quruculuq fəlsəfəsi əsasında tamamilə müasir görkəmdə həyata keçirilir, Xankəndinin tarixi-milli siması özünə qaytarılır, yararsız hala salınmış küçə və prospektləri, inzibati binaları, o cümlədən məktəblər, uşaq bağçaları, mədəniyyət və idman obyektləri əsaslı şəkildə yenidən qurulmaqdadır.

Qarabağda təhsil ənənələrinin bərpası və yenidən təşkili məqsədilə ilk addım kimi Qarabağ Universiteti təsis edilib. 2024-cü il sentyabrın 19-da Xankəndinə səfəri çərçivəsində Prezident İlham Əliyevin Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışına qatılması, yeni təhsil müəssisəsinin müəllim və tələbə heyəti ilə görüşü, onların önündə çıxışı isə Xankəndinin həyatında əsl dönüş mərhələsinin başlanması kimi yadda qaldı. Qarabağ Universitetinin qapıları 36 ildən sonra azərbaycanlı tələbələrin üzünə açıldı. Bununla da Xankəndinə ilk köç başladı, şəhərin doğma sakinləri isə yaxın günlərdə öz evlərinə qovuşacaqlar.

Xankəndində aparılan əsaslı yenidənqurma planına uyğun olaraq orta məktəblərin və digər ümumtəhsil müəssisələrinin bərpa olunması, yeni məktəblərin tikilməsi də davam etdirilir. Dövlətimizin başçısı sentyabrın 19-da Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışını etməklə Xankəndinin təhsil ənənələrini də özünə qaytardı. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində inşa olunmuş 624 şagird yerlik bu təhsil ocağı 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Erməni vandalizminə məruz qalmış bu məktəb əvvəlkindən də geniş ərazini əhatə etməklə müasir təhsil layihəsidir. Həmçinin dövlətimizin başçısı Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışını da etdi ki, bu da Qarabağın gələcəyi olan uşaqlarımızın xoş rifahının təməllərinin qoyulmasıdır.

Xankəndi şəhəri əlverişli iqlimi və təbii-coğrafi xüsusiyyətləri, ekoloji potensialı baxımından Azərbaycanın ən zəngin turizm bölgələrindən biri hesab edilə bilər. Cənab Prezident iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışını etmişdi, 2024-cü il sentyabrın 19-da “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə maraqlandı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış oldu.


Dövlət başçısı həmin səfər zamanı Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Habelə, Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu və şəhərin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə də tanış olub. Bütün bunlar Xankəndinin nəhəng quruculuq meydanına çevrildiyini, öz yeni milli tarixi simasını bərqərar etdiyini göstərir.

Xankəndidə istehsal, emal, ticarət, xidmət, iaşə, sənaye və digər sektorların da fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur. Şəhərdə kiçik və orta biznes tərəfindən müxtəlif istiqamətli layihələr icra olunur, ictimai iaşə, istehsal, xidmət obyektləri istifadəyə verilib. Bu isə Xankəndinin iqtisadi imkanlarının səfərbər edilməsi və reinteqrasiyaya qoşulmasını tam mümkünləşdirəcək.

Prezident İlham Əliyev imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd edilməsi isə qürurverici tariximizin əbədiləşdirilməsi deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi