xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Tamara Nurəliyeva: Bizim bayrağımız Xankəndidə əbədi dalğalanacaq

9-10-2024, 12:35 8 dəfə baxılıb

Tamara Nurəliyeva: Bizim bayrağımız Xankəndidə əbədi dalğalanacaq



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevadır.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tamara Nurəliyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tamara Nurəliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Tamara Nurəliyeva - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva - “Xankəndidə Müzəffər Ali Baş Komandan tərəfindən Üçrəngli Azərbaycan Bayrağının ucaldılmasından bir il ötür. 2023-cü ildə şanlı ordumuzun 24 saatdan da az çəkən antiterror tədbirləri nəticəsində Xankəndi və ətraf rayonların separatçılardan təmizlənməsi ilə 200 illik erməni xülyalarına, ərazi iddialarına son qoyuldu. Bütün dünyanı heyrətə gətirən Xankəndi əməliyyatı tarixi, siyasi və hüquqi nəzarətdən doğmaqla yanaşı, cənab İlham Əliyevin qətiyyətinin, şanlı ordumuzun gücünün nəticəsidir. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyev Konstitusiya və Qurani-Kərimə əl basaraq and içmişdi ki, dövlətin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Deməli, Xankəndidə bayrağımızın ucaldılması dövlət başçısı İlham Əliyevin xalqa verdiyi vədinə sadiqliyinin təcəssümü idi. O, işğal altındakı torpaqlarımızı azad etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır”.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü işi başa çatdırdı: “Siyasi-diplomatik və hərbi müstəvilərdə aparılan məqsədyönlü fəaliyyət öz müsbət nəticəsini göstərdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin əsas müəllifi məhz cənab İlham Əliyevdir. Onun düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində dövlət suverenliyimiz təmin edildi. Hesab edirəm ki, oktyabrın 15-də Xocalıda, Əsgəranda, Xankəndidə Azərbaycanın Üçrəngli Dövlət Bayrağının dalğalandırılması tariximizə qızıl hərflərlə düşəcək hadisələrdəndir. Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Amma siyasi tariximizdə Şuşanın, Xocalının, Xankəndinin mənəvi yükü bir qədər fərqlidir. Şuşa mədəniyyət beşiyimiz, Xocalı qan yaddaşımız, Xankəndi isə separatizmin körükləndiyi bir mərkəz olaraq Azərbaycan üçün son dərəcə həssas məkanlar olub. Xankəndidə bayraq ucaltmaqla möhtəşəm Qələbənin təntənəsini qeyd etdik. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı, deportasiya siyasətinin başında çar və Sovet Rusiyası dayanıb. Amma etiraf edək ki, ermənilərin bizim ərazilərimizdə at oynatmasının bir günahı da deportasiyalar zamanı Azərbaycanın o zamanki siyasi rəhbərliyi olub. İrəvanın, Zəngəzurun Ermənistana verilməsi, 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ölkəmizə rəhbərlik edən siyasətçilərin qorxaq, yarıtmaz və dardüşücəli baxışları sayəsində mümkün oldu. Ermənilərə Qarabağda heç bir hüquqi əsas olmadan muxtariyyət verməklə böyük səhvə yol verildi. Ermənilərin məqsədyönlü planları 1988-ci ildə işə düşdü. Əminliklə demək olar ki, həmin dövrdə hakimiyyətdə Ulu Öndər Heydər Əliyev olsaydı, Qarabağ probleminin qarşısı alnardı. Çünki Dahi Lider Sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağdakı millətçi qüvvələr baş qaldıra bilmirdilər. 1969-1982-ci illərdə Qarabağda heç bir xoşagəlməz hala rast gəlinmədi. Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. İki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi məsələsini qaldırdılar. Təəssüf ki, AXC-Müsavat hakimiyyəti erməni separatizminin nəinki kökünü kəsə bilmədi, hətta onların işğalçılıq fəaliyyətlərinin qarşısında geri çəkildilər. Rayonlarımız bir-bir işğal olundu, bir milyona yaxın vətəndaşımız yurd-yuvalarından didərgin düşdü. Yalnız Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra işğalın qarşısını almaq mümkün oldu. 1994-cü ilin yanvar ayında uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Amma nizami qoşun hissələri yaratmaq, Silahlı Qüvvələri yenidən qurmaq üçün sıfırdan başlamaq lazım idi. Ordu quruculuğu istiqamətində çox böyük işlər görüldü və nəticədə tarixi Zəfər əldə etdik”.

Torpaqlarımızı azad etməklə milli ləyaqətimizi, milli qürurumuzu özümüzə qaytardıq: “Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nadir dövlətlərdən biridir. Bu, məhz cənab İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, əsgərlərimizin qəhrəmanlığı sayəsində mümkün oldu. Hərbçilərimizin qanı və canı bahasına əldə edilmiş Zəfər Azərbaycanın dünyada nüfuzunu qaldırdı. Ali Baş Komandan tərəfindən Xankəndi şəhərində dövlət bayrağımızın ucaldılması son 200 illik tariximizin ən şərəfli səhifələrindəndir. Necə deyərlər, Xankəndində ilk dəfə yüksəldilən bayrağımız bir daha enməyəcək, əbədi dalğalanacaqdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi