Elvin Rəhimov: Siz təcrübədə həmişə bizim etibarlılığımızın şahidi ola bilərsiniz!
17-08-2024, 12:27
18 dəfə baxılıb

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimovdur.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Bəzi internet saytlarında “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Elvin Rəhimov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
“Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
“Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elvin Rəhimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elvin Rəhimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elvin Rəhimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Elvin Rəhimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Elvin Rəhimovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Mahal” MTK-nın təsisçi müdiri Elvin Rəhimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Tikintinin başlanması, satış şərtləri və qiymətlər barədə ətraflı olaraq saytda, şirkətin Facebook və İnstagram səhifələrində məlumat veriləcək.
Əlavə məlumat üçün saytda verilmiş əlaqə nömrələri ilə ofis ilə əlaqə saxlayıb, sizi maraqlandıran sualları səsləndirə bilərsiniz.
“Mahal Şirkətlər Qrupu” – tikinti şirkətləri qrupu olaraq, daşınmaz əmlak bazarında, layihələrin konsepsiyalarının hazırlanmasından, onların tikintisinə, satışına və hazır obyektlərin idarə olunmasına kimi tam spektr xidmətlər təklif edir. "Mahal"şirkətlər qrupuna daxildir: "Mahal" MTK, "Mahal Construction", "Mahal Skypark", "Mahal Qarabağ". Şirkətin məqsədi Bakı şəhərinin və Azərbaycanın daşınmaz əmlak bazarında iri miqyaslı layihələrin icra edilməsidir. Bugünkü günə şirkətin əsas fəaliyyət istiqaməti – yaşayış kompleksləri layihələrinin həyata keçirilməsidir.
Şirkət üçün, layihələrin vaxtında və keyfiyyətlə icra olunması başlıca amildir. Bu, ən yeni tikinti texnologiyalarının və keyfiyyətli tikinti materiallarının istifadə edilməsi, layihələrin idarə olunmasına peşəkar yanaşma və yüksək ixtisaslı mütəxəssislər heyətinin işi sayəsində mümkün olur.
Biz nəinki gözəl yaşayış binaları tikirik, biz həmiçinin ticarət mərkəzləri, məktəblər, uşaq bağçaları, poliklinikalar, yaşıllıq zonaları və abad həyətlər də daxil olmaqla, əlverişli yaşayış mühiti yaradırıq.
Hazırda "Mahal"şirkətlər qrupu tərəfindən üç layihənin icrası həyata keçirilir. Bu, premium seqment layihəsi olan "Panorama Bayıl" və biznes seqment layihəsi olan "Baku Nar Residence" və “Çinar” layihələridir. Yaxın zamanda Bakının Parlamet prospektində və Sumqayıt şəhərində yeni yaşayış komplekslərinin inşasına başlanılacaq. Şirkətin həyata keçirdiyi layihələr müasir yaşayış sahələrinə xas bütün zəruri xüsusiyyətlərə malikdirlər - düşünülmüş planlaşdırma, inkişaf etmiş infrastruktur, keyfiyyətli tərtibat, özünün istismar xidməti və s.
"Mahal Qarabağ"MMC nəznində fəaliyyət göstərən müəssisə, beton, qum, çınqıl, qırma daş istehsalı sahəsində ixtisaslaşır. Şirkətin, Ağdam rayonu, Əfətli kəndində, istehsal gücü 120m3/saat olan beton zavodu istismara verilib. Zavod 24/7 rejimində fəaliyyət göstərir.
Şirkət həmçinin kommersiya xarakterli tikinti layihələrinin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır. Bu, kurort komplekslərinin, biznes mərkəzlərin, mehmanxanaların, ticarət obyektlərinin tikintisidir.
"Mahal Şirkətlər Qrupu" gənc, dinamik şirkətlər qrupu olaraq yerli tikinti bazarda inamla vüsət alır.
Bizim hər bir xidmətimiz yüksək istehlak xüsusiyyətlərinə malikdir. Biz daim qarşımıza yeni vəzifələr qoyur və məqsədyönlü olaraq onların əldə edilməsi üzrə addımlar arataraq ardıcıl surətdə həyata keçirir, iş göstəricilərimizi yaxşılaşdırır, fəaliyyət mexanizmini təkmilləşdiririk. Rəqabət qabiliyyətimizin artırılması üçün bu, mütləq şərtdir.
Prioritetlərin düzgün yerləşdirilməsi və resursların səmərəli istifadəsi, effektiv işbirliyi, şirkətə daima öz tərəfdaşları ilə anlaşma tapmaqa imkan verir.
Siz təcrübədə həmişə bizim etibarlılığımızın şahidi ola bilərsiniz!

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR