xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Rəsul Rəsulov rəhbərliyin etimadını qazanaraq, ölkə prezidentinin əmr və sərəncamlarına xüsusi diqqət göstərərək və onların həyata keçməsində əlindən gələn işləri görməkdə davam edir

31-07-2024, 11:09 6 dəfə baxılıb

Rəsul Rəsulov rəhbərliyin etimadını qazanaraq, ölkə prezidentinin əmr və sərəncamlarına xüsusi diqqət göstərərək və onların həyata keçməsində əlindən gələn işləri görməkdə davam edir


Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulovdur.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin razılığına səbəb olur. Bununla da, uzun illər olan problemlər öz həllini tapmışdır.

Bununla yanaşı, bayram günlərində qəsəbə sakinlərinin istirahətinin təşkili üçün lazımi tədbirlər həyata keçirilir. Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəsul Rəsulov sakinlərlə sıx-sıx görüşlər təşkil edir və onların problemləri ilə tanış olub, həllində birbaşa iştirak edir.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Rəsul Rəsulov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Rəsul Rəsulov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəsul Rəsulovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəsul Rəsulov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Rəsul Rəsulov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.

Vətənpərvər ziyalımız Rəsul Rəsulov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Rəsul Rəsulovda məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Xəzər Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Xəzər rayonunda abadlıq və quruculuq işləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, işləri uğurla davam etdirilir.
Görülmüş işlər çərçivəsində Hazırda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində piyada səkilərinin kənarlarına səki daşları düzülür, gediş-gəliş hissələrin isə döşəmə piltələrlə üzlənilir. Mərkəzi küçələrdə yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənir və digər abadlıq və təmizlik işləri həyata keçirilir.
Xəzər rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Mərdəkan qəsəbəsində yerləşən Nizami adına istirahət parkında müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Bundan əlavə “Abad həyət” layihəsi çərçivəsində Şüvəlan qəsəbəsi, "Şimal" DRES yaşayış massivində 2 yeni abad məhəllə yaradılır. Hazırda 9 ədəd, 2-3 mərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Binaların dam örtükləri dəmir örtüklə dəyişdirilir, tüstü-bacaları bərpa edilir, binaların fasadları təmir edilərək rənglənir, girişlərin ümumi istifadə yerlərindəki pəncərələr dəyişdirilir, pilləkən qəfəsləri təmir olunur, girişlərin pilləkənləri təmir olunur, giriş qapıları yeni kodlu qapılarla dəyişdirilir.
Hal-hazırda həyətdə bardür daşları vurulur, istinad divarları hörülür və torpaq işləri görülür. Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması, yaşıllaşdırma, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi, təhlükəsizlik kamerlarının quraşdılması işləri də nəzərdə tutulubdur.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov abadlıq işlərinin aparıldığı Şüvəlan qəsəbəsi, "Şimal" DRES yaşayış massivindəki Lev Starçuk küçələrində olub. Görülən işlərlə yerində tanış olan E.Salahov, sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi