xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir

27-07-2024, 10:53 3 dəfə baxılıb

Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir


Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələri

2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 670-i cinayət xarakterli faktlar olmuşdur.



2024-cü ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73%-i ödətdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.



Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilmiş bir sıra cinayətlərin qarşısı alınmış, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilmişdir.

Gömrük orqanları tərəfindən 2024-cü ilin 1-ci yarımilində aşkar olunmuş cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görülmüş, 63 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 nəfər barəsində məhkəmə tərəfindən həbs, 1 nəfəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, istintaq orqanı tərəfindən 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilmişdir.



Gömrük qaydaları əleyhinə inzibati xəta faktları

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən 15 975 inzibati xəta faktı aşkar edilmişdir. Bu faktlarla əlaqədar 1075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14894 fiziki şəxs (o cümlədən 4447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunmuşdur.













Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Görüş gömrük sistemində tətbiq edilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, gömrük-biznes münasibətlərinin gücləndirilməsi məqsədilə təşkil olunub.

Görüşdə gömrük xidmətlərinin rəqəmsallaşdırılması, əlçatanlığının artırılması və asanlaşdırılması məqsədilə tətbiqinə başlanan “ÖZÜNET” layihəsi barədə sahibkarlara məlumat verilib, eyni zamanda aksizli malların idxal-ixrac proseslərində qarşıya çıxan məsələlər müzakirə olunub, bu sahədə qanunvericiliyin tələbləri izah edilib.

Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.




Macarıstan və Belarus gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində ölkəmizdə səfərdə olan Macarıstan və Belarus gömrük xidmətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə malların buraxılışından sonra gömrük nəzarətinin həyata keçirilməsi və təsnifatlandırma mexanizmləri, eləcə də kinoloji xidmət sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Hər iki ölkənin nümayəndələri Azərbaycan gömrüyünün qazandığı təcrübə, nəzəri biliklərlə tanış olub, gömrük orqanlarına səyahət edərək prosesləri əyani şəkildə izləyiblər.







Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdur.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şahin Bağırov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Şahin Bağırov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şahin Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şahin Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şahin Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şahin Bağırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şahin Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şahin Bağırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şahin Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Şahin Bağırov özünü doğruldub. Bizdə hörmətli Şahin Bağırovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi