Fərid Qayıbov şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir
26-07-2024, 13:19
4 dəfə baxılıb

AZƏRBAYCAN VƏ QAMBİYA ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib. Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Fərid Qayıbov Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.
Fərid Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çili Respublikasının idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəqliyyat və meteorologiya naziri, Tanzaniya Birləşmiş Respublikasının Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri, Samoanın idman və istirahət naziri və Kosta-Rika Respublikasının idman naziri ilə ikitərəfli görüşlər keçirib.
UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Fərid Qayıbovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Fərid Fazil oğlu Qayıbov 1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. 1995-сi ildə Bakı şəhəri 1 saylı orta məktəbini bitirib.
1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini bitirib.
2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.
2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub.
2001-2003-cü illərdə “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.
2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri, 2005-2006-cı illərdə isə federasiyanın baş meneceri vəzifəsində çalışıb. 2006-cı və 2010-cu illərdə AGF-nin hesabat-seçki konfransında federasiyanın baş katibi vəzifəsinə seçilib.
2013-cü ildə Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti, 2017-ci ildə isə prezidenti vəzifəsinə seçilib. Qitə təşkilatının prezidenti seçilməsi ilə əlaqədar, AGF-nin Baş katibi vəzifəsindən istefa verib.
2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şura üzvü seçilib.
2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Fərid Qayıbov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Fərid Qayıbov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərid Qayıbovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərid Qayıbov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Fərid Qayıbov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Fərid Qayıbovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR