15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
Zavodumuz müasir poladəritmə və fasiləsiz poladtökmə texnologiyası ilə standartlara uyğun məhsulların istehsalını həyata keçirir
26-07-2024, 12:21
13 dəfə baxılıb
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimovdur.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Kamal İbrahimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Kamal İbrahimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Kamal İbrahimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Kamal İbrahimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Kamal İbrahimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Kamal İbrahimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Kamal İbrahimovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Baku Steel Company-nin Baş Direktoru Kamal İbrahimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Nə istehsal edirik? Zavodumuz müasir poladəritmə və fasiləsiz poladtökmə texnologiyası ilə standartlara uyğun karbonlu və legirli poladdan pəstahlar, borular, tikinti armaturları, həmçinin növlü və fasonlu yaymalar olan şveller, künclük, ikitavr, katanka (polad məftil) və fasonlu tökmələr kimi məhsulların istehsalını həyata keçirir.
“Baku Steel Company” QSC-nin Boruyayma sahəsindəki BYA-250 qurğusunda 114-219 mm diametrli tikişsiz borular istehsal olunur. Borularda yivin açılması və muftaların hazırlanması Almaniyanın “EMAG” firmasının rəqəmsal idarəetmə dəzgahlarında, qoruyucu muftaların bağlanması İtaliyanın “Lazzari” şirkətindən alınmış dəzgahda avtomatik bağlanır, hidravlik sınaqlar Yaponiyanın “YAMASUI” şirkətinin presində, kimyəvi təhlillər isə çoxkanallı optik spektrometrdə həyata keçirilir. Boruların bütövlüyü pozulmadan daxili qüsurların müəyyənləşdirilməsi və divar qalınlığına nəzarət edilməsi “Volga-16-002-TK-ПЭП” ultrasəs qurğusunda yerinə yetirilir.
Dəmir boru satışı Dəmir boru tikinti materialı olaraq istifadə olunur. Hal-hazırda müxtəlif sənaye sahələrinin mütəxəssisləri davamlılığı, müqavimət gücü və yükdaşıma qabiliyyətinə görə istifadə etmək üçün poladdan hazırlanmış borulara üstünlük verirlər. Polad borular müxtəlif formalarda və ölçülərdə mövcuddur; buna görə də onları tələblərinizə uyğun olaraq satın ala bilərsiniz. Saytımızda sizin üçün təklif etdiyimiz dəmir boru satışı yüksək keyfiyyətə sahibdir.
Borular nə üçün istifadə olunur? Borular qeyd etdiyimiz kimi müxtəlif sənaye və tikinti yerlərində istifadə olunan materialdır.
Neft və Qaz sənayesi Tikinti sənayesi Mədənçilik Tekstil sənayesi Kənd təsərrüfatında boruların geniş istifadəsi Neft və Qaz sənayesində mütəxəssislər korroziyaya davamlı polad borulardan istifadə etdirlər. Çünki onlar neft və qazın nəqli zamanı böyük təzyiqə dözə biləcək gücdədir.
Tikinti sənayesində podratçıları yaşayış və ticarət binalarının tikintisi üçün polad borulardan istifadə edir. Çünki bu boruları daşımaq asan və onlar dözümlü olurlar.
Borulardan mədənçilikdə də geniş istifadə olunur. Mütəxəssislər mədənçilik yolu ilə yerdən material qazır və çıxarırlar. Bu sənayedə polad boru olduqca sərfəlidir.
Tekstil sənayesində isə polad boru da məşhur seçim hesab olunur. Toxuculuq sənayesi ilə yanaşı, polad boru kimya müəssisələrində, elektrik stansiyalarında, duzsuzlaşdırma, su təmizləyici qurğular, enerji sənayesi, müasir memarlıq, su təmizləyici qurğular, qida emalı müəssisələri və sintetik lif istehsalında da geniş istifadə olunur.
Polad borular olmadan kənd təsərrüfatı işləri və sənayelər haqqında düşünə bilmərik. Fermerlər polad borudan sahə drenaj sistemlərində, gübrə tətbiqlərində, traktor mühərriklərində, taxıl liftlərində və havalandırma boru sistemlərində istifadə edirlər.
Metal boru qiymetleri Metal boruların qiymetleri, bir neçə əsas faktora bağlı olur. Bu faktorlar borunun materialına, ölçüsünə, qalınlığına görə dəyişir. Qiymətlərə təsir edən digər bir nüans isə istifadə olunacaq borunun uzunluqlarıdır. Korroziyaya qarşı dayanıqlı, temperatur dəyişikliklərinə davamlı, qalın və yüksək keyfiyyətə sahib metal boru qiymetleri “Baku Steel Company” QSC-də daha münasibdir.
Kvadrat Pəstah “Baku Steel Company” QSC-nin istehsal etdiyi və inşaat armaturları üçün istifadə olunan kvadrat pəstahlarımız dördşırnaqlı radial fasiləsiz poladtökmə maşınında hazırlanır. Kvadrat pəstahlar en kəsiyi 125x125 və 150x150 mm, uzunluğu 3000-12000 mm ölçüdə buraxılır.
Dairəvi Pəstah “Baku Steel Company” QSC 2021-ci ildən, neft-qaz istismarı layihələrində istifadə olunan, tikişsiz borular üçün fasiləsiz tökülən dairəvi pəstahlar istehsal edir. Zavodda uzunluqları sifarişçi tərəfindən müəyyən edilməklə DÜİST 34636-2020, DIN 17100-80, EN 10025-2004 standartlarına uyğun yüksək keyfiyyətdə 130, 150, 160, 170, 190, 220 və 250 mm diametrli pəstahlar istehsal olunur.
Pəstah Baku Steel Company QSC-də yüksək keyfiyyətli şəkildə istehsal olunan metal məhsullardandır. Ən müasir istehsal prosesi nəticəsində və Beynəlxalq Keyfiyyət Standartlarına əməl olunmaqla pəstahlar hazırlanır. Hazılanma zamanı minimal itki ilə yüksək məhsuldarlıq təmin olunur. Keyfiyyətli iş parçalarının istehsalı üçün yüksək dərəcəli süngər dəmir və digər qırıntılardan istifadə edirik.
Pəhtah ölçü Aralığı
İstehsal oluan pəstahların ölçüləri aşağıdakı kimidir:
· En kəsiyini sahəsi 100x100 mm, 120x120 mm, 125x125 mm, 130x130 mm,150x150 mm,
· Uzunluğu 6000-12000mm olmaqla ГОСТ380-2005 , TŞAZ 3098830-02-2001 Standartları üzrə istehsal olunur.
Pəstah xüsusiyyətləri
Baku Steel Company QSC tərəfindən təqdim olunan pəstahların əsas xüsusiyyətlərinə bu göstəricilər daxildir:
Yüksək dərəcədə dəqiqlik təmin edirlər. Dəqiq və düzgün ölçülüdürlər. Qüsursuz keyfiyyətə sahibdirlər. Əla korroziyaya davamlı xüsusiyyətinə malikdirlər.
Pəstah nədir?
Polad kütüklər polad istehsalında istifadə olunan yarımfabrikatdır. Onlar ərinmiş poladın düzbucaqlı və ya kvadrat formaya tökülməsi prosesi ilə yaradılır. Bu formalara töküləndən sonra onlar soyumağa buraxırlır ki, tam yaxşı şəkildə bərkisinlər. Bu prosesdən sonra onlar möhkəm, çubuq formalı polad parçası şəklinə salınır.
Gəlin polad kütüklərin müxtəlif tətbiqlərinə nəzər salaq:
İstifadəsinin böyük hissəsi emal hissələri, komponentləri və mühəndislik istehsalı üçün dəmir və ya maşın sexlərində olur. Onlar tikinti, elektrik, qadcetlər, avtomobil, su təsərrüfatı, klinika, qidalanma, aviasiya, istehsal, nəqliyyat kimi müxtəlif mütərəqqi müasir sektorlarda geniş istifadə olunur. İşlənmiş komponentlər, bərkidicilər, dəqiq komponentlər, frezelenmiş komponentlər, tornalanmış komponentlər və hissələr üçün tətbiq olunur.
BSC Qrupunun tərkibinə bu yaxınlarda daxil olmuş Sumqayıt şəhərindəki Ferroərintilər istehsalat sahəsində FeSi75 sinfi səviyyəsində ferrosilisium istehsalı həyata keçirilir.
Ferroərintilər istehsalat sahəsində elektrikə, yaya, korroziyaya və istiliyə davamlı poladların və s. materialların əridilməsi üçün oksidləşdirici və legirlənmiş əlavələr kimi istifadə olunan müxtəlif keyfiyyətdə və fraksiyalarda (FeSi60% - FeSi75%, fraksiya 0-100 mm) ferrosilisium (FeSi) istehsal edilir. Müəssisənin istehsal gücü ildə 18.000 ton təşkil edir.
Ferroərintilər istehsalat sahəsinin əsas göstəriciləri:
Əsas istehlakçısı poladəritmə müəssisələri olan yüksək silisiumlu FeSi75 Ferroərintilər istehsalat sahəsindəki, maksimum gücü 33 MVA olan RKO-33 tipli sobada 21-23 MVA gücü ilə istehsal olunur. Bu soba gündə 50 tona qədər FeSi75 istehsal etmək imkanına malikdir. Müəssisənin ümumi istehsal gücü ayda 1500-1800 ton məhsul (istehsal olunan məhsulların markasından asılı olaraq) təşkil edir. Aylıq istehsal gücünün 3600 tona çatdırılması üçün müəssisədə ikinci sobanın quraşdırılması istiqamətində işlər aparılır. İstehsal olunan hər ton polad üçün təxminən 7 kq FeSi istehlak edilir. Müəssisədə 172 işçi çalışır.
Künclük “Baku Steel Company” QSC-nin istehsal etdiyi künclük profili en kəsiyi 40-125 mm, uzunluğu standartın tələbinə uyğun 3000-12000 mm ölçüdə olur. Məhsul alıcının sifarişinə uyğun olaraq 3000-5000 kq-a qədər bağlamalar şəklində komplektləşdirilir. Bağlamalardakı yarlıqlarda künclüyün istehsal olunduğu poladın markası, standartı, profil ölçüsü, əritmə nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri göstərilir.
İkitavr “Baku Steel Company” QSC-nin istehsal etdiyi ikitavrlar 100-160 mm en kəsikli, standartın tələbinə uyğun olaraq 3000-12000 mm uzunluqda istehsal olunur. Məhsul alıcıların sifarişinə görə 3000-5000 kq-a qədər bağlamalar şəklində komplektləşdirilir. Bağlamaların üzərindəki yarlıqlarda ikitavrın istehsal olunduğu poladın markası, standartı, profili, əritmə və ya partiya nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri göstərilir.
Şveller “Baku Steel Company” QSC-nin istehsal etdiyi şvellerlərin en kəsiyi 80-160 mm, uzunluğu standartın tələbinə uyğun 2000-12000 mm ölçüdə olur. Məhsul alıcıların sifarişi əsasında daha artıq uzunluqda buraxıla bilər. Şvellerlər çəkisi 3000-5000 kq olmaqla bağlamalar şəklində komplektləşdirilir. Bağlamalarının üzərində olan yarlıqlarda poladın markası, standartı, en kəsiyi, əritmə nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri qeyd olunur.
Kvadrat çubuq “Baku Steel Company” QSC-nin istehsal etdiyi en kəsikli kvadrat çubuqlar DÜİST 535-2005, DÜİST 2591-88, DÜİST 380-2005 standartlarına uyğun 10x10, 12x12, 14x14, 16x16, 18x18, 20x20, 22x22, 24x24 mm, uzunluğu 3000-12000 mm, çəkisi 3000-5000 kq olmaqla istehsal olunur. Hazır məhsul üzərinə vurulan yarlıqlarda çubuğun istehsal olunduğu standart, poladın markası, əritmə və ya partiya nömrəsi, diametri, uzunluğu, çəkisi və digər parametrləri yer alır.
Dairəvi çubuq “Baku Steel Company” QSC-nin istehsal etdiyi səthi hamar dairəvi çubuqlar DÜİST 535-2005, DÜİST 2590-2006, DÜİST 380-2005 standartlarına uyğun, diametri 10-28 mm, uzunluğu 3000-12000 mm, bağlama çəkisi 3000-5000 kq-a qədər olmaqla hazırlanır. Bağlama üzərinə vurulmuş yarlıqlarda çubuğun istehsal olunduğu standart, poladın markası, əritmə və ya partiya nömrəsi, diametri, uzunluğu, çəkisi və digər parametrləri yer alır.
Polad bucaqlar rulon şəklində hazırlanmış poladın ən əsas növüdür. Onlar bir polad parçasında tək bir yönə doğru əyilməsilə əmələ gəlir. Polad künclər bir sıra sənaye sahələrində müxtəlif məqsədlər üçün istifadə olunur. Çərçivə polad bucaqlar üçün ən çox istifadə edilən üsullardan biridir, lakin polad bucaqlar bəzəklər, möhkəmləndirmələr və bir çox başqa məqsədlər üçün də istifadə olunur. Polad bucağı nə qədər böyükdürsə, bir o qədər çox çəki və gərginliyə dözə bilər.
Bucaqlıq və növləri
Bucaqlıqlar adətən bərabər və qeyri-bərabər bucaq formasına malik olur.
Bərabər bucaqlar, adətən L-formalı bucaqlar olaraq adlandırılır, 90 dərəcə bucaq altında birləşən bərabər uzunluqlu ayaqları ilə xarakterizə olunan struktur komponentlərdir. Onların simmetrik forması vahidliyi və tarazlığı təmin edir ki, bu da onları geniş tətbiqlər üçün çoxyönlü edir.
Qeyri-bərabər bucaqlar bir ayağının digərindən daha uzun olması ilə fərqlənir. Bu növlərdə qüvvələrin qeyri-bərabər paylanmasının zəruri olduğunu deyə bilərik. Onların dizayn çevikliyi sayəsində müxtəlif sənaye sahələrində, o cümlədən tikinti və istehsalatda əvəzolunmazdırlar.
Bucaqlardan istifadə
Bərabər bucaqlardan infrastruktur layihələrində nəqliyyat şəbəkələrinin və kommunal sistemlərin bütövlüyünə töhfə verərək dayaq tirlərinin, qoruyucu barmaqlıqların və işarə dirəklərinin tikintisi üçün istifadə olunur.
Qeyri-bərabər bucaqlar trusslar üçün tikintidə və döşəmə çərçivələrində, eləcə də struktur komponentləri üçün sənaye maşınlarında tətbiq olunur. Onlar xüsusi yükdaşıma tələbləri və ya estetik mülahizələr qüvvələrin qeyri-bərabər paylanmasını diktə edir.
“Baku Steel Company” QSC-nin fasonlu tökmə sexi ölkə daxilində və xaricində istifadə olunan neft avadanlıqlarının ehtiyat hissələrinin çuqun və poladdan tökülməsi prosesinin yerinə yetirildiyi ixtisaslaşmış sahədir.
Fasonlu tökmə sexi aşağıda qeyd olunan sahələrdən ibarətdir:
Model sahəsi: bu sahədə müəssisəyə daxil olan çuqun və poladdan olan tökmə sifarişlərin modeli ağac materialından hazırlanır. Qum qurutma və qəlib qarışığı hazırlama sahəsi: bu sahədə qəlib qarışığının hazırlanması üçün qızdırıcı barabanda qumun qurudulması baş verir, daha sonra qəlib qarışığı hazırlanma sahəsinə nəql edilir. Qəlib qarışığı xüsusi qarışdırıcıda quru kvars qumu, maye şüşə və suda həll olunan qələvilərdən istifadə olunaraq hazırlanır. O, hazırlandıqdan sonra lentli konveyerlər vasitəsilə qəlibləmə və tökmə sexinə göndərilir. Verilmiş qəlib qarışığı bunkerlərə doldurulur, müxtəlif detalların əl və ya qəlibləmə maşını ilə qəliblənməsi işləri aparılır. Qəlib qarışığı qəlib qutularında qəliblənir, qəliblənmiş alt və üst yarım-qəliblərin qurudulması üçün qızdırıcı kameradan istifadə olunur. İçlik vurma sahəsi: bu sahədə tökmələrin formasının alınması üçün müxtəlif ölçüdə xüsusi hazırlanmış içlik qarışığından istifadə etməklə içlik hazırlanır və qızdırıcı kamerada qurudulur. Qəliblənmiş alt və üst yarım-qəliblər hava ilə təmizləndikdən sonra odadavamlı rənglə rənglənir, sonra alt və üst yarım-qəliblər üst-üstə yığılır, bərkidilir və maye metalın tökülməsi üçün hazırlanır. Metal tökmə sahəsində 4 tonluq induksion sobada əridilir, daha sonra əridilmiş maye metal çalova tökülür. Silkələmə sahəsi: bu sahədə qəliblərə tökülmüş detallar yanmış torpaqdan çıxarılır və təmizləmə sahəsinə göndərilir. Təmizləmə sahəsində detallar torpaqdan təmizlənir, əlavəliklər kəsilir və tökmələr qırma atıcı barabanda tam təmizlənir, sonra satışa göndərilir. Fasonlu tökmə sahəsi: bu sahədə müxtəlif ölçülü yayma valları hazırlanır və tökülür. Tökülmüş yayma valları termik sobaya göndərilir. Tabalma, normalaşdırma və tabəksiltmə prosesi yerinə yetirilir. Fasonlu tökmələr nədir?
Formalı tökmə mürəkkəb formalara və mürəkkəb detallara malik metal hissələri yaratmaq üçün istifadə edilən xüsusi tökmə prosesidir. ənənəvi tökmə üsullarından fərqli olaraq, formalı tökmə istənilən hissənin xüsusi formasına və dizaynına uyğun olaraq xüsusi hazırlanmışdır. Fasonlu tökmələr mürəkkəb formalara və yüksək ölçülü dəqiqliyə malik metal hissələrin istehsalına imkan verdiyindən onlar çoxyönlü və dəqiq istehsal prosesinin icrası üçün əvəzolunmazdır.
Fasonlu tökmələr və üstünlükləri
Fasonlu tökmələrin bir çox üstünlükləri vardır ki, onları aşağıdakı kimi sıralaya bilərik:
1. Onlar mürəkkəb həndəsələri olan hissələrin istehsalına imkan verir.
2. Yüksək ölçülü dəqiqliyi və təkrarlanmağı təmin edir.
3. Böyük istehsal həcmləri üçün sərfəli ola bilər.
Fasonlu tökmələr istehsal olunan hissənin dəqiq spesifikasiyasına uyğun olaraq xüsusi hazırlanmış qəliblərdən istifadə olunaraq istehsal edilməsini asanlaşdırır.
Fasonlu tökmə qiymətləri
Fasonlu tökmə qiymətləri ilə tanış olmaq bizimlə əlaqə yarada bilərsiniz. Ölkədə ən yaxşı təmir-tikinti materialı istehsal edən poladəritmə müəssisəsi sizin üçün yüksək keyfiyyətli, davamlı və dayanıqlı, müasir standartlara cavab verən fasonlu tökmələr təklif edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: