
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir.
Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Qəzənfər Ağayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Dəstor kəndində səyyar qəbul və görüşAstara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstor kəndində keçirtmişdir.
İcra başçısı bildirmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə mütəmadi olaraq görüşürük. Çalışırıq görüşlərimiz bütün yaşayış kəndlərini əhatə etsin. Burada Asxanakəran, Motalayataq kimi iri yaşayış məntəqələri ilə yanaşı, Əzərü, Anbuba, Şıxımpeştə, Bəlbay kəndlərində görüşlərimiz olmuşdur. Bu gün də bu gözəl Dəstor kəndində səyyar qəbul keçirmək qərarıyla gəlmişik. Rayon mərkəzindən xeyli uzaqda yerləşən mürəkkəb relyefə malik bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanaraq həllinə köməkliklər göstəririk. Son illər Asxnakəran nümayəndəliyi də daxil olmaqla dağ kəndlərində xeyli iş görülmüşdür. Asfalt yollar çəkilmiş, məktəb binaları tikilmiş, körpü salınmış, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti Siyaku kəndi ərazisindən çəkilən yeni elektrik xətti ilə əvəzlənmişdir. Hazırda internet şəbəkəsinin çəkilişinə başlanılmışdır.
Bütün bu problemlər möhtərəm Prezidentimiz sayəsində həllini tapmışdır. Cənab Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər və qalib dövlət kimi tanınır. Müzəffər Ordumuzun Vətən müharibəsində və sonradan keçirilən antiterror tədbirlərində erməni terrorçularını qısa müddətdə məhv etməsi ilə Azərbaycanımızın suverenliyi tam şəkildə bərpa olundu. Torpaqlarımızda yuva salmış separatizmin kökü birdəfəlik kəsildi. Zaman-zaman verdiyimiz şəhidlərin qisası düşməndən döyüş meydanında alındı. Bu tarixi ədalətin bərpasıdır. Dünyada qalib xalq, qalib dövlət kimi tanınan Azərbaycan sübut etdi ki, bir qarış torpağını belə kimsəyə verməyəcək. Bu kənddən də torpaqlarımızın azadlığı uğrunda könüllü döyüşən igid oğullarımız az olmamışdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və qəhrəman hərbçilərimizə can sağlığı arzulayıram.
Azərbaycanın şanlı Bayrağının əzəmətlə dalğalandığı həmin torpaqlarda hazırda sürətli quruculuq bərpa işləri gedir. Amansız düşmənin vəhşicəsinə taladığı, viran qoyduğu şəhər, qəsəbə və kəndlərimiz tamamilə yenidən qurulur. Bərpa olunan yaşayış məntəqələrimizin məskunlaşdığını gördükcə sevinir, qürurlanırıq.
Bütün bunlarla yanaşı digər regionlarda, o cümlədən, rayonumuzda da mühüm sosial layihələr icra olunur. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına 5 kilometrlik Dürriyə-Şümrüd yolunun tikintisi başa çatdırılmış, 26 kilometrlik Çayoba-Astara avtomobil yolunun tikintisi davam edir. Bundan başqa bir neçə avtomobil körpüsü salınmış, Sərək və Şümrüd kənd tam orta məktəbləri üçün yeni binaların tikintisinə başlanmışdır.
Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən kəndlərdə görülən yüksək səviyyəli abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər kəndə qaz xəttinin və internet şəbəkəsinin çəkilməsinə, qış tədarükü üçün güzəştli qiymətlə odun yanacağı ilə təmin edilməsinə , kəndə gedən 500 metr avtomobil yolunun təmir edilməsinə, Hamoşam-Şağlazüzə yolayrıcında və Taxtanəkəran-Toradi avtomobil yolunun başlanğıcında tənzimləyici yol nişanlarının qoyulmasına və avtomobil yolunun xətlənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.