xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır

5-07-2024, 15:48 3 dəfə baxılıb

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Salyan Pivə Zavodunun rəhbəri Elmar Məmmədovdur.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Salyan Pivə Zavodunun rəhbəri Elmar Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elmar Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elmar Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Salyan Pivə Zavodunun rəhbəri Elmar Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elmar Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elmar Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Salyan Pivə Zavodunun rəhbəri Elmar Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Salyan Pivə Zavodu Azərbaycanda pivə içkilərinin aparıcı istehsalçısıdır. Fəaliyyət müddəti ərzində zavod böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdur ki, bu da bu gün rəhbərliyi daha böyük inkişafa və yüksək keyfiyyətli, dünya standartlarına cavab verən pivə istehsal etməyə ruhlandırır. Salyan Pivə Zavodu 1966 - cı ildə fəaliyyətə başlamış və uzun və çətin təşəkkül yolu keçmiş, 2016-cı ildə zavodun yenidən qurulmasından və yeni müasir avadanlıqların alınmasından sonra pivə istehsalını yeni zövqlə və ən yaxşı keyfiyyətlə davam etdirmişdir. Bu gün Salyan Pivə Zavodunun bir çox ölkələrdə tərəfdaşları var, bu siyahıya həmçinin Belçika, Çexiya, Ukrayna, Almaniya, İtaliya, Baltikyanı ölkələr və başqaları daxildir. Yüksək keyfiyyətli pivə bişirmək üçün biz xaricdən aldığımız ən keyfiyyətli inqrediyentlərdən istifadə edirik. Zavodumuzda hər hansı bir kimyəvi qatqı olmadan istənilən növ pivə hazırlanır. Bizdə pivə istehsalı ilə həm də alman və İtalyan mütəxəssislərinin yanında təlim keçmiş yüksəkixtisaslı kadrlar məşğul olur.
Hal-hazırda Salyan Pivə Zavodu Azərbaycanda keyfiyyətli pivə istehsalçısıdır və ən yeni avadanlıqlarla təchiz olunmuş, 21-ci əsrin müasir zavoduna çevrilə bilib. Amma bu mərhələyə qədər Salyan Pivə Zavodu uzun yol keçməli olub və buna görə də zəngin tarixə malikdir.Zavod 1966-cı ildə “Azərittifaq”-ın daxilində postsovet dövründə yaradılıb.

Holdinqin daxilində bütün istehsal olunan məhsulların satıldığı mağazalar şəbəkəsi var idi. Zavodun ilk adı Salyan Pivə və Alkoqolsuz İçki Zavodu idi. Zavodun əsas fəaliyyəti müxtəlif növ pivə və limonadların istehsalından ibarət idi. Azərbaycanda cəmi 4 belə zavod var idi.Zavod 1989-cu ildən Akif Məmmədyarovun rəhbərliyi ilə fəaliyyətini davam etdirimişdir.

Bu zavodun təşəkkülündə və inkişafında Akif Məmmədyarov böyük rol oynamışdır. İstefa verəndən sonra ona yaxşı işçi kimi zavoda rəhbərlik etməyi təklif etdilər və o, o vaxt hələ çox kiçik olan və mövsümi fəaliyyət göstərən zavodu seçdi. Akif Məmmədyarov zavoda rəhbərlik edəndən sonra nizam-intizam yaradıldı, mərkəzdən yeni avadanlıqlar alındı. O, istehsal olunan məhsulun keyfiyyətini və satışını artırmağa müvəffəq oldu.1991-ci ildə SSRİ dağılandan sonra zavod ağır günlər yaşamağa başladı. Bu inqrediyentlərin Moskvadan göndərilməsi ilə bağlı idi.

Zavod az qala müflisləşmənin astanasında idi. Lakin bütün sənayeni dirçəldərək yerli sahibkarlar üçün yeni sərhədlər açan ümummilli liderimiz Heydər Əliyev gələndən sonra zavod fəaliyyətini davam etdirdi və yeni tərəfdaşlar əldə etməyə nail oldu.2008-ci ildən zavoda Akif Məmmədyarovun oğlu Elmar Məmmədyarov rəhbərlik etməyə başlayıb. Elmar Məmmədyarov bu gün də zavodun direktorudur. Onun rəhbərliyi altında zavod yeni fəaliyyət dövrünə qədəm qoyub.

Elmar Məmmədyarov zavodun yenidən qurulmasını həyata keçirib. Bu gün onun rəhbərliyi altında xaricdən gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunmuş müasir zavod fəaliyyət göstərir. Yeni zavod 2016-cı ilin yanvar ayından fəaliyyətə başlayıb.

Salyan Pivə Zavodu Belçika, Çexiya, Almaniya və digər ölkələrdən gətirilmiş ən yaxşı inqrediyentlərdən yüksək keyfiyyətli pivə istehsal edir. Bizim pivə ən innovativ metodlarla hazırlanır. 2016-cı ildə yenidən qurulduqdan sonra zavoda Almaniya, İtaliya və Baltikyanı ölkələrdən pivə istehsalı üçün ən yeni avadanlıqlar gətirilmişdir. Əməkdaşlarımızın təlim keçməsi üçün alman və italyan firmaları ilə ikiillik müqavilə bağlanmışdır. Bunun nəticəsi olaraq, peşəkar kollektivimiz indi öz işinə daha böyük sevgi ilə yanaşır. Keyfiyyət, dad və peşəkarlıq bizim həmişə riayət etdiyimiz əsas iş prinsipimizdir. Amma biz inkişaf etməkdə davam edirik və müştərilərimizin həmişə bizi seçməsi üçün qarşımıza yeni məqsədlər qoyuruq!

Texnologiyalarımız
Zavodumuz pivə istehsalında ən son texnologiyalardan istifadə edir. Xammal, zavodumuza onun məhz harada ən yaxşı şəkildə yetişdirilməsindən asılı olaraq daxil olur. Məsələn: -Çürüdülmüş buğda Belçika, Çexiya, Ukraynadan -Mayaotu Almaniyadan gətirilir.Əlbəttə ki, zavoda Almaniyadan və Baltikyanı ölkələrdən gətirilmiş müasir avadanlıqlarımızı da xüsusilə vurğulamaq lazımdır. Bu avadanlıqlar bütün dünya standartlarına uyğundur və yerinə yetirilən işin keyfiyyətini və məhsuldarlığını artırır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi