Azər Abbasov hər zaman şəhid ailələrinə şəxsi diqqət və qayğı göstərir
5-06-2024, 23:17
19 dəfə baxılıb

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasovdur.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Azər Abbasov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Azər Abbasovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Azər Abbasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azər Abbasov bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Abbasov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Azər Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Azər Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Azər Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Azər Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Azər Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Azər Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Azər Abbasov özünü doğruldub. Bizdə hörmətli Azər Abbasovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Xaçmaz Regional Qaz Istismarı İdarəsinin rəisi Azər Abbasov - “Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sahəsində mövcud olan liderlərini bir araya gətirir və diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsinin iştirakçılarının say tərkibində də artım Azərbaycanın, onun Prezidentinin nüfuzunun, göstərilən etimadın təqdimatıdır. Azərbaycan bütün sahələrdə olduğu kimi, enerji sektorunda da qazandığı uğurları, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası ilə diqqətdədir. Bu layihələr ölkələr, xalqlar arasında körpü rolunu oynayır, onları daim bir araya gətirir. Əməkdaşlığın coğrafiyasının ildən-ilə daha da genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Builki Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Üç gün davam edəcək bu tədbir çərçivəsində yeni əməkdaşlıqlar qurulacaq, təcrübə mübadiləsi aparılacaq və yeni inkişaf istiqamətləri müəyyən ediləcək. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və onların fonunda qarşıdakı dövrdə görüləcək işlərin təqdimatı oldu. Cənab İlham Əliyev Xəzər Neft və Qaz Sərgisinin otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını önə çəkdi və bildirdi ki, o vaxtdan bəri bu tədbir miqyasını daha da genişləndirərək enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə hazırda onun adı Bakı Enerji Həftəsidir. Otuz il bundan əvvəlki Azərbaycan başqa idi. Müstəqillik yolunda ilk addımlarını atırdı. O illər çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında dönüş nöqtəsi oldu.”
İlk Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektorunda mövcud imkanların təqdimatı oldu: “Bu sərgidən bir neçə ay sonra 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, ölkəmizə inamı artırdı, etibarlı tərəfdaş kimi tanınmasında və nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaq. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”
Azərbaycan tarixən neft ölkəsi kimi tanınır: “İllər keçdikcə qaz, elektrik enerjisi ixracatçısına çevrildi. “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl təbii qazı idxal, indi isə ixrac edirik. İxrac imkanlarımız artır. Cənab İlham Əliyev bu statistik rəqəmi açıqladı ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycandan təbii qaz alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası genişlənir.”
Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi “Bizim sözümüz imzamız qədər dəyərlidir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Belə ki, son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Cənab İlham Əliyev qeyd etdi ki, onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər əlavə edilsə, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bu, sadəcə, başlanğıcdır.”
“Budəfəki tədbirdə də mühüm nəticələr əldə ediləcək. Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Vaxtilə “Şahdəniz” layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü ildə əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı olacaq. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi çərçivəsində Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bunun bariz nümunəsidir.”

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR