xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Səfa Şirinov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir

31-05-2024, 14:59 82 dəfə baxılıb

Səfa Şirinov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinovdur.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Səfa Şirinov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Səfa Şirinov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Səfa Şirinovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Səfa Şirinov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Səfa Şirinov bu işin müqəddəsliyini qoruyub saxlayır. Səfa Şirinov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Səfa Şirinov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Səfa Şirinov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səfa Şirinov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səfa Şirinovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səfa Şirinov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səfa Şirinov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Səfa Şirinov özünü doğruldub. Bizdə hörmətli Səfa Şirinovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sabirabad Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov - “44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Son üç ildən artıq dövrdə bu istiqamətdə görülən işlərə, soydaşlarımızın qayıdış ünvanlarına diqqət yetirsək Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görərik. Hər bir sahədə ilklərə imza atan Azərbaycan azad edilmiş torpaqlarda gördüyü işləri, təkmil dirçəliş modeli ilə də dünyanın diqqətindədir. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq mümkün olmasa da Azərbaycan bu sahədə də ilkə imza atdı. Ötən bu dövrdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Öncə bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, şanlı Qələbəmizdən sonra tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. Ötən ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici hadisəni də xüsusi qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə qeyd edir, burada ictimaiyyət nümayəndələri və ilk köç edən sakinlərlə görüşür, Zəfərimizin sevincini paylaşır. 28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfər etdilər. Soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu. Dövlət başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə dövlət başçısı İlham Əliyev Laçın şəhərində laçınlılara evlərin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Onlar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il isə Müstəqillik Günündə xocalılılar qayıtdılar. Azərbaycan Bayrağının Xocalıda ucaldılmasından ötən 8 ayda görülən işləri xocalılar möcüzə kimi dəyərləndirdilər. Digər işgaldan azad edilən ərazilərimiz kimi, Xocalı da yenidən qurulur, gözəlləşir.”

Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək: “Xocalı sakinləri ilə görüşündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünə yönəldərək bildirdi ki, ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Müzəffər Ali Baş Komandan bu çağırışı etdi ki, biz hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.”

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, görüşlərində xalqımıza müjdələr çatdırır, gələcəklə bağlı müəyyənləşdirilən hədəflərdən bəhs edir: “Bu baxımdan cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşü də diqqətdə oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinə ilk köçün vaxtını açıqladı. Bu müjdəni çatdırdı ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.”

Hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir: “İşğal dövründə Müzəffər Ali Baş Komandan xocalılarla görüşündə bildirirdi ki, gün gələcək Xocalıda görüşəcəyik. İkinci Qarabağ müharibəsi başa çatanda xocalılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.”

Səfa Şirinov diqqəti bu il dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümündə Xocalıya səfərinə, ictimaiyyət nümayəndələri ilə görüşünə və Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasına yönəldərək bildirib ki, sakinlərlə görüşündə ölkə Prezidenti bu mühüm addımın əhəmiyyətini açıqladı: “Bütün dünya erməni vəhşiliyini görəcək. Bu, həqiqətdir və bunu hər kəs bilməlidir: “Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”

“Soydaşlarımızın qayıdış ünvanlarının sayının artması hər birimizi sevindirir, qürurlandırır. Doğma yurd-yuvasına qayıdan soydaşlarımız bu fikri dönə-dönə qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti sayəsində yenilməz, məğrur xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qeyd edək ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı əsas hədəflər sırasındadır. Bu il Xankəndi ilə yanaşı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi