xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Rüfət Quliyev: Tarixi və qürurverici hadisə

16-05-2024, 11:41 14 dəfə baxılıb



Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyevdir.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev - “10 may 2024- cü il tarixdə Prezident İlham Əliyev Şuşada şəhərinə köçmüş ilk sakinlərlə görüşüb. Şuşalılarla görüşdə Prezident İlham Əliyev tarixi hadisə münasibəti ilə onlara səmimi fikirlərini çatdırıb. Otuz iki ildən sonra şuşalılar doğma şəhərlərinə, ata-baba ocaqlarına qayıtdılar. Prezident İlham Əliyev vurğuladı ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər””.

Xalqımız 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdü. Xalqımız ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Azad edilmiş bütün tarixi torpaqlarımızda olduğu kimi Şuşada genişmiqyaslı quruculuq işləri görülür: “Ümummilli Lider Heydər Əliyevin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri gerçəkləşdirilir. Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu”.

Rüfət Quliyev Qarabağ və Şərqi Zəngəzurun yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyini söyləyib: “Bütün bunlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiya nəticəsində nail olunub. Müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvəllərində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmırdı. Təəsüf ki, həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir və əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa çalışır. Təbii ki, müdrik Azərbaycan xalqı məhz 1993-cü ildə də Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz güc formalaşdırdı. Vətən müharibəsindəki tarixi qələbə, 2023-cü ildə bir günlük antiterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Həyata keçirilən delimitasiya, demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfər hesab olunur. Sözsüz ki, Prezident İlham Əliyev tarixi Şuşa şəhərində bir daha o dövrün reallıqlarına nəzər salmaqla Azərbaycana qarşı olan haqsızlıqlara diqqəti çəkdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi