xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Qəhrəmanlığın, zəfərin, sülhün rəmzinə çevrilən Şuşa dirçəliş yolunda

15-05-2024, 10:01 3 dəfə baxılıb

Qəhrəmanlığın, zəfərin, sülhün rəmzinə çevrilən Şuşa dirçəliş yolunda


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLİB

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Fəxri Xiyabanı ziyarət edib. Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Daha sonra Oftalmoloq, alim Zərifə Əliyevanın da xatirəsi anılıb.
Dənizkənarı Milli Park Azərbaycanın respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir. Milli Parkı “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs idarə edir.

Dənizkənarı Bulvar İdarəsinin missiyası:

Milli Parkın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək;

Milli Park ərazisində xüsusi mühafizə rejimini, tarixi, mədəni obyektlərin, xüsusi tikili və qurğuların, nadir bitki növlərinin qorunub saxlanılmasını təmin etmək;

Milli Parkın ərazisində yerləşən Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və idarə edilməsi, perspektiv inkişafının təmin edilməsini həyata keçirmək.

Bizim vəzifəmiz şəhər sakinləri və turistlərin əlverişli istirahəti üçün beynəlxalq və yerli əhəmiyyətli mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə imkan yaratmaq, ən yaxşı dünya təcrübəsini tədqiq və tətbiq edərək Milli Parkın uzunmüddətli inkişafını təmin etmək, tarixi mədəni və memarlıq irsini qorumaqdır!

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Dənizkənarı Milli Parkının İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədovdur.

Unutmaq olmaz ki, Dənizkənarı Milli Parkının İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Dənizkənarı Milli Parkının İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Ağacan Əhmədovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Ağacan Əhmədovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Ağacan Əhmədov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Ağacan Əhmədov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.

Dənizkənarı Milli Parkının İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov - Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmalığı ilə işğaldan azad oldu. Və Qalib Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdim: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!”

Qalib Lider, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik müraciətində dediyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşəcəyi heç kimdə şübhə doğurmur. Dövlətimizin başçısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı bu əminliyi yaradır. Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Və bu sözlər də artıq reallığa çevrilib və həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Şuşanın düşməndən azad edilməsinin və qələbəmizin simvolu olan “Zəfər yolu” dövlət başçımızın verdiyi sözün reallığıdır. Bütün bu görülən işlərlə yanaşı, üç aeroportun tikilməsi və növbəti ardıcıl olaraq görülən işlər bir daha onu göstərir ki, Qalib liderimizin sözü ilə əməli üst-üstə düşür. Çünki dövlət başçımızın dediyi bütün vədlər hər gün reallığı çevrilməkdədir.

Mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş sakinlərlə görüşləri oldu. Onlara bu tarixi hadisə ilə bağlı xoş arzularını diləyən dövlətimizin başçısı işğaldan azad edilən torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma və quruculuq işləri haqqında danışaraq bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti-quruculuq işləri miqyasına və sürətinə görə dünyanı heyrətləndirir. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə dilə gətirdiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu tarixi və müqəddəs dövrdür. Həmçinin, reallıq budur ki, Azərbaycan 30 il dünyadan ədalət gözlədi, amma sonda ədalət özü bərpa etməli oldu. Üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması tarixi Zəfərimizin rəmzidir. Bu Zəfərə Vətən oğullarının canı, qanı bahasına nail olmuşuq. Dövlətimizin başçısı çıxışında onu da bildirdi ki, Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və xalqımıza hörmət edirlər. Ən əsası isə bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.

Dövlətimizin başçısı, həmçinin görüş zamanı həm də Qarabağın Şuşa zirvəsindən bütün dünyaya mühüm mesajlar çatdırdı, vacib ismarıclar göndərdi, sərt xəbərdarlıqlar etdi. Və qətiyyətlə bildirdi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Bakının rəyi öyrənilmədən, maraqları nəzərə alınmadan bölgədə hər hansı addımın atılması mümkünsüzdür: “Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”.

Prezident İlham Əliyev onu da bir daha söyləyib ki, burada, bu torpaqda söz sahibi bizik və bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”.

Həmçinin, mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak ediblər. Keçirilən görüşdə dövlətimizin başçısı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi dəyərləndirildiyini söyləyib: “Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik”.

Dövlətimizin başçısı Şuşa şəhərin görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir, sözün əsl mənasında, dirçəlir. Prezident İlham Əliyev, eyni zamanda vurğulayıb ki, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir.

Bir sözlə, bu mühüm addım İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, hər gün yeniləşən, gözəlləşən Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi şəhərimizi mədəniyyətin, incəsənətin beşiyi kimi dünyaya tanıdacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi