xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 
  • 14:53 – “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq” 
  • 10:21 – İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir" 

Elxan Usubov: Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb

9-04-2024, 00:17 46 dəfə baxılıb

Elxan Usubov: Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb


Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

“Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”

Şəkidə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konfrans və ağacəkmə aksiyası keçirilib



Aprelin 5-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Birlikdə yaşıl və sağlam gələcəyə doğru" mövzusunda konfrans keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən icra başçısı bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Şəkidə görülən işlər haqqında məlumat verib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev 2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmiz üçün əhəmiyyəti barədə maarifləndirici təqdimatla çıxış edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş bir qrup şəxsə medallar təqdim olunub.

Tədbirdən sonra “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Şəki Heydər Əliyev Mərkəzinin ərazisində keçirilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin kollektivləri iştirak edib.












Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Göybulaq kəndinin sakinləri ilə görüşüb



Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərindən bəhs etmiş, Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabının 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildiyini, şəhidlərimizin qısasının Azərbaycan Ordusu tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldığını vurğulayıb, ölkəmizdə və dünyada baş verən mühüm hadisələrdən bəhs edib.

Sonra kənd sakinləri İsmayılov Fərman, Əlixanov Ramazan, Ağabalayev Ovçu və başqaları çıxış edərək Göybulaq kəndinin yuxarı hissəsindən kəndə gələn içməli su xəttinin təmir olunması, elektrik dirəklərinin yenisi ilə əvəz olumasına köməklik göstərilməsi, Göybulaq kənd tibb məntəqəsinin fəaliyyətinin təmin edilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi