Vəzifəni hörmətə mindirən icra başçısı
23-04-2024, 12:08
186 dəfə baxılıb

Əziz oxucu! Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında qaynaqlanan maraqlı fikirləri, söhbətləri məmnuniyyətlə qələmə alıb oxucularımıza çatdırmağı özümüzə borc bildik. Ancaq ilk öncə ...
Bəri başdan qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər çıxıb. Bəli, o, əsl Vətən daşıdır. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bütün qəlbiylə insanlıgı, xeyrxahlığı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə ALLAHın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Bəli, bu adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.
Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.
Zakir Fərəcovun yerlərdə sakinlərlə görüşü davam edir
Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə şəhərin ayrı-ayrı məhəllələrində mütəmadi olaraq səyyar qəbullar keçirir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində keçirib.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR