xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Ədalət Göyüşov: Qisas döyüş meydanında alındı

26-02-2024, 12:28 28 dəfə baxılıb

Ədalət Göyüşov: Qisas döyüş meydanında alındı


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sahibkar Ədalət Göyüşovdur.

Ədalət Göyüşov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ədalət Göyüşovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ədalət Göyüşov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ədalət Göyüşova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sahibkar Ədalət Göyüşov - 2024-cü il, 26 fevral. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Əslində ölkə başçısı bununla da bir daha sübut etdi ki, bu illər ərzində o hər zaman Xocalı şəhidlərini düşünüb, ürəyi xocalılarla bir döyünüb.

2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atan rəsmi Ermənistan ötən müddət ərzində yenə də öz ampuluasında qalaraq götürdüyü öhdəliklərə sadiq qalmadı, onları yerinə yetirməməklə bərabər yenidən revanşist planlar qurmağa və müəyyən cəhdlər etməyə başladı. Belə olan təqdirdə Azərbaycan Ordusu ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirərək preventiv addımlarla erməni separatizminin kökünü tamamilə məhv etdi, nəticədə separatçı xunta rejimi özünü buraxdığını elan etdi. Xocalı da daxil olmaqla separatçıların nəzarəti altında olan digər şəhərlərimiz də azad edildi, qanunsuz erməni silahlı birləşmələrindən tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın öz gücü sayəsində ərazi bütövlüyünü tam təmin etdi.


Prezidentliyinin 20 ilinin tamamında, 2023-cü ilin 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını qaldıran, Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı.

İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük quruculuq işləri aparılır. Yaxın aylarda Xocalı sakinləri ata-baba ocaqlarına qayıdıb məskunlaşmaya başlanacaq. Bununlada Xocalı sakinlərinin öz doğma evlərinə qayıdışı təmin ediləcək. Lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Qeyd edə bilərik ki, bu gün artıq soyqırım qurbanlarının narahat ruhları şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi