xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Taleh Rəhimli: Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsi prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir

8-01-2024, 10:59 18 dəfə baxılıb

Taleh Rəhimli: Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsi prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Taleh Rəhimli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Taleh Rəhimlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Taleh Rəhimli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimli - Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə müvafiq təşkili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə nail olunmuşdur.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır.

Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Belə ki, bu inkişaf konsepsiya Heydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli və zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. 2009-cu ilə qədər ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyətinin müəyyənləşdirilməsi, onun mərhələlərlə həyata keçirilməsi mexanizminin işlənilməsi olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf mərhələlərində istehsal və qeyri-istehsal sahələrinin əsas makroiqtisadi göstəricilərinin inkişaf dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq bazar iqtisadiyyatı sisteminin prinsiplərinin və mexanizmlərinin formalaşması məqsədilə iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları Ulu Öndər mühüm və zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.

Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümum milli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin idarəedilməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.

Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi