xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 
  • 10:53 – Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı 
  • 14:07 – Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib 

Vətən üçün əlindən gələni əsirgəməyən insan - Gündüz Əbdülov

14-08-2023, 12:12 71 dəfə baxılıb

Vətən üçün əlindən gələni əsirgəməyən  insan - Gündüz Əbdülov


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Gündüz Əbdülovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Gündüz Əbdülov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovdur.

Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.

2000-ci ildə Türkiyə Respublikası Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrəABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasındaoperativ və strateji səviyyədə idarəetmə təhsili almış, 2016-cı ildə Azərbaycan Respublikası Milli Müdafiə ÜniveristetininStrateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirmişdir.

Azərbaycan, habelə ABŞ, Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina,Cənubi Sudan, Çernoqoriya, Efiopiya, Fransa, Gürcüstan, İordaniya, İtaliya, İsveçrə,Qana, Lüksemburq, Makedoniya, Moldova,Niderland, Serbiya vəTürkiyədə keçirilən müxtəlif kurs, təlim, treninq, seminar, konfrans və iclaslarda iştirak etmişdir.

2000-ci ildən etibarən Azərbaycan Ordusunda “leytenant” hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində “polkovnik” (vaxtından əvvəl) hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır.

Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah MənzilindəHərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi – Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsindəşöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarınınAzərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir.

Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentininfəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir.

2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2003)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”medalları ilə təltif olunmuşdur.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinəTəhsil nazirinin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir vəzifəsinə təyin edilmişdir.


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Gündüz Əbdülov bu işin müqəddəsliyini qoruyub saxlayır. Gündüz Əbdülov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Gündüz Əbdülov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Gündüz Əbdülov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Gündüz Əbdülov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Gündüz Əbdülov özünü doğruldub. Bizdə hörmətli Gündüz Əbdülovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov - Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı səslənmiş olan fikirlər, verilən mesajlar, indiki reallıq və qarşıdakı dövr üçün mühüm önəm kəsb edir. Sözsüz ki, bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, dövlətimizin Başçısının fikirlərinə mühüm önəm verməsi, Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir. Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə indiki müstəviyə yüksəlib və özünün milli maraqlarını ən yüksək səviyyədə təmin edən bir ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan Prezidentinin iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibə verməsi mühüm tarixi mənaya malikdir. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Vətən üçün əlindən gələni əsirgəməyən  insan - Gündüz Əbdülov


Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə Ermənistandakı ermənilərə önəmli mesaj verdi: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.Onlar ya reinteqrasiya olmalı, ya da Prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Prezidentimizin bu çıxışı Ermənistan hakimiyyətini növbəti dəfə ifşa edərək yalanlar üzərində qurulmasını faktlarla ortaya qoydu. Və bir daha dünya ictimaiyyəti şahid oldu ki, Ermənistan dövlətinin illər ərzində ölkəmizə qarşı həyata keçirdiyi terror və vandalizm siyasətinə, Azərbaycan tərəfi sülhlə cavab verir. Sülh sazişinin imzalanması isə ən çox məhz Ermənistana lazımdır. Çünki hazırda Ermənistan dərin və hərtərəfli böhran içərisində çabalayır və beynəlxalq aləmdə rəzil vəziyyətdədir. Ermənistan sülhə yox deməklə özünü bir dövlət olaraq məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoyur. Prezident İlham Əliyev sülh prosesinin şərtlərinə toxunaraq qeyd etdi ki, mövcud prosesin kimin tərəfindən aparılmasının bizim üçün böyük fərqi yoxdur. Əlbətdə məkanın, zamanın ümumiyyətlə heç bir amilin bizə fərqi və təsiri yoxdur. Çünki məqsədimiz və istəyimiz birdir: regionda sülhün təmin olunması.
Vətən üçün əlindən gələni əsirgəməyən  insan - Gündüz Əbdülov

Dövlət başçısı müsahibəsində “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur… Biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” söyləməklə əsas hədəfin məhz sülh müqaviləsinin imzalanması olduğunu açıqladı. Azərbaycanın sülh təklifi zəiflik anlamına gəlməməlidir. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik.

Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı, mesajı Azərbaycanın siyasətində müstəqil olduğunu və ölkəmizin daim ədalət və beynəlxalq hüququn yanında olmasından xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi