Vilayət İsmayılov: Kollecimiz Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini orta ixtisaslı mütəxəsislərlə təmin edir
9-06-2023, 11:16
61 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Qida Sənaye kollecinin direktoru Vilayət İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Bakı Qida Sənaye kollecinin direktoru Vilayət İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vilayət İsmayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vilayət İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Qida Sənaye kollecinin direktoru Vilayət İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Vilayət İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri Vilayət İsmayılovun çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Vilayət İsmayılov özünü doğruldub. Bizdə hörmətli Vilayət İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bakı Qida Sənayesi Kolleci Bakı şəhəri, Nizami rayonu 8-ci km qəs. R.Teymurov küçəsi 73 ünvanında yerləşir.
Bakı Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli 321 saylı əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmış və həmin ildən fəaliyyət göstərir. Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini orta ixtisaslı mütəxəsislərlə təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qararları ilə təsdiq edilmiş “Orta ixtisas müəssisələrinin əsasnamə”lərinə, 2003, 2005-ci illərdə və 23 aprel 2010-cu il tarixli 76 saylı qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili pilləsinin Dövlət Standartlarına və Proqramı”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi normativ aktlarına, beynəlxalq hüquq normaları və müvafiq standartlarına, eləcə də Kollecin Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.
Bakı Qida Sənayesi Kollecinin idarə olunması müvafiq normativ-hüquqi sənədlərə və müəssisənin nizamnaməsinə uyğun Dövlət Təhsil Standartlarının tələbləri əsasında yerinə yetirilir. Bakı Qida Sənayesi Kollecinin ali orqanı Pedaqoji Şuradır. Şuranın tərkibi 60 nəfərdən ibarətdir. Şurada müzakirə olunan məsələlər ümumilikdə, Kollecin cari və perspektiv inkişaf problemlərinin həllinə yönəldilmişdir. Pedaqoji şura və rəhbərlik Kollecin idarə edilməsini şöbələr, fənn birləşmə komissiyaları və digər struktur bölmələr ilə birlikdə sırf əlaqəli şəkildə həyata keçirilir. Pedaqoji Şuranın iclas protokollarında tədris və təlim-tərbiyə proseslərinin yaxşılaşdırılması barədə kollektiv qarşısında qoyulan əsas məsələlər və vəzifələr öz əksini tapmışdır.
Bakı Qida Sənayesi Kollecində təhsil Azərbaycan və Rus dillərində həyata keçirilir.
-----
11 iyul 2020-ci il tarixində Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi.
İxtisaslar
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Peşə təlimi
Dizayn
Marketinq
Əmtəəşünaslıq və istehlak mallarının ekspertizası
İaşə məhsullarının texnologiyası
Qida sənayesi, iaşə və ticarət sistemində sanitar gigiyena təhlükəsizliyi
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə
Mehmanxana-turist, sanatoriya-kurort komplekslərində iaşə və servis
Ət və süd məhsullarının texnologiyası
Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası
Konservləşdirmə və qida konsertratları texnologiyası
Çörək, makaron, unlu qənnadı məmulatlarının texnologiyası
Bakı Qida Sənaye kollecinin direktoru Vilayət İsmayılov - İki il bundan öncə Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannamənin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.
Əvvəla, Bəyannamənin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.
Sənədin imzalanma mərasiminin məhz Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının təcəssümü olan və xalqımızın qan yaddaşına hopmuş 15 İyun - Milli Qurtuluş günündə təsadüf etməsi də rəmzi məna daşıyır və bu günün təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütövlükdə türk dünyası üçün tarixi və siyasi dəyərinin göstəricisi kimi dəyərləndirilməlidir.
Başqa sözlə, məhz bu tarixdən Türkiyə-Azərbaycan münasibətlərinin təməli yeni, daha qəti addımlarla möhkəmləndi, bütün istiqamətlərdə iki qardaş ölkə arasındaki münasibətlər daha yüksək müstəvidə de-yure olaraq qərarlaşdı və bu, münasibətlərin inkişaf istiqaməti dönməz səciyyə aldı. Beləliklə də Şuşa Bəyannaməsi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadəsinin və ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “İki dövlət, bir millət” düsturunun tarixi təcəssümünə çevrildi. Bu xüsusda ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin sürətli inkişafı Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı mümkün təhlükələrdən etibarlı şəkildə sığortalayan ən vacib faktorlardan biridir.
Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarının qarşısına sipər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanı əldə etmişdir. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə imzası əsasında Şuşada möhürlənmişdir.
Türkiyənin beynəlxalq miqyasda ardıcıl olaraq həm siyasi səhnədə, həm də hərb meydanında Azərbaycanı dəstəkləməsi böyük mənada türk birliyinə, həm də Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlara sanballı ismarıcdır. Qardaş ölkənin Prezidentinin Vətən Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il il dekabrın 10-da Bakıda keçirilən tarixi hərbi Zəfər paradında iştirakı və sonra da Şuşaya, Zəngilana səfərləri böyük türk dünyasına birlik və həmrəylik çağırışı kimi qiymətləndirilməlidir. Öz növbəsində Prezident İlham Əliyev də dost ölkənin çətin günlərində - dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işində və beynəlxalq səviyyəli siyasi-diplomatik proseslərdə Azərbaycanın hər kəsdən öncə türk xalqının yanında olduğunu nümayiş etdirmişdir. Şübhəsiz, Şuşa Bəyannaməsi Avropa, Orta və Şərqi Asiya coğrafi məkanını əhatə edən türkdilli dövlətlər tərəfindən sərgilənən siyasi proseslərə böyük stimul yaradır. Bu baxımdan, düşünürəm ki, mayın 28-də Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi həm də Azərbaycanın qələbəsidir və bu, qarşıya qoyulmuş birgə hədəflərə nail olmaq üçün daha böyük perspektivlər üçün yeni imkanlar açır.
Şuşa Bəyannaməsinin bütün aspektlərdə bir əhəmiyyəti də ondan ibarətdir ki, bu sənəd ikinci Qarabağ savaşında Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın və onun təmin edilməsi üçün imzalanmış 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının bütün müddəlarının tam və etibarlı şəkildə həyata keçirilməsinə sanballı dəstəkdir. Bu baxımdan Ermənistanın və onun havadarlarının mane olmağa çalışdıqları Azərbaycan və Türkiyəni birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin açılması məsələsinin Şuşa Bəyannaməsində yer almasını təsadüfi saymaq olmaz.
Digər tərəfdən, sənədin əsas müddəalarından biri kimi, iki qardaş ölkənin liderləri bölgədə sülh və əməkdaşlığa çağırışla sülhsevər niyyətlərini ilə bir daha rəsmi olaraq ortaya qoymuş oldular.
Qarabağın dirçəldilməsi ilə bağlı proseslər fonunda daha bir önəmli məsələ diqqəti cəlb edir. Şuşa Bəyannaməsi, habelə Türkiyənin Şuşada Baş Konsulluğunun açılacağı və işğaldan azad edilmiş ərazilərin bərpasında türk şirkətlərinin sonadək fəal şəkildə cəlb olunacağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi açıqlaması doğma yurd-yuvalarına dönmək üçün zaman gözləyən məcburi köçkünlərə yeni bir ruh yüksəkliyi və həvəs bəxş etdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki qardaş ölkənin rəhbərlərinin ictimaiyyətə açıqladıqları bəyanatlardakı müddəalar və incə məqamlar, habelə ertəsi gün cənab Rəcəb Tayyib Ərdoğanın Milli Məclisin xüsusi iclasında dünyaya ismarıc kimi səslənən və yeni reallıqların tələbləri baxımından ölkələrimiz arasında getdikcə daha sürətlə inkişaf edən qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin dolğun siyasi məzmunu kimi dəyərləndirilən çıxışı bu ümidləri daha da gücləndirdi.
Beləliklə, 2021-ci il iyunun 15-də imzalanmış birgə Şuşa Bəyannaməsi xalqlarımızın dostluq və qardaşlıq simvolu kimi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, həm də bölgənin yeni yüksəliş və intibah mərhələsinin başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılmışdır.
Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bu tarixi hadisənin xalqlarımızın taleyi üçün böyük dəyər daşıdığını bəyan etmişdir: "Türkiyə ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək!"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR