xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

31-01-2023, 14:02 112 dəfə baxılıb

Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ


Azərbaycanda ümumi təhsil müəssisələrində 5 günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.

BAKU.WS xəbər verir ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məktəblərin qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan və kütləvi yoluxma ilə nəticələnən influenza narahatlıq doğrur. Nəzərə almaq lazımdır ki, adı çəkilən virusa uşaqların yoluxması daha tez qeydə alınır. Qış tətilinin başa çatmasından azyaşlılar arasında virusun daha yayılma riski mövcuddur.

Bu vəziyyətdə həm validyenlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər dayanır. Ölkə.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:

"Kəskin resperator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yolxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müəlicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.

Biz bu məsələdə valideynlərə tövsiyyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlərə məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununa bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcudur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi