xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

28-09-2022, 16:44 38 dəfə baxılıb

İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTOİlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi