Dünən gecə “Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov sonuncu dəfə səsverməyə “stop” deyib. Bununla da şounun finalçıları məlum olub. Bunlar müğənni və bəstəkar Ramal İsrafilov, teleaparıcı Lalə Mustafayeva və “foodblogger” Suna Kasımoğlu olub.
“Ölkə.Az” “Maşın” şounun “Maskarad”ında finala qalan 3 iştirakçı haqqında qısa məlumatı təqdim edir:
Müğənni və bəstəkar Ramal İsrafiloğlu
Image result for Ramal İsrafilov masin
İsrafilov Ramal 1985-ci il iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə, 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.
2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birgə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərib. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.
Ramal xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğludur.
Teleaparıcı Lalə Mustafayeva
Image result for Lalə Mustafayeva Maşın
Lalə Mustafayeva 1977-ci ildə anadan olub.
"Miss Xəzər 2002" titulunun sahibi, keçmiş model və populyar teleaparıcı uzun müddət “Lider” televiziyasında çalışıb.
15 klipə, 4 filmə həmçinin Moskvada "Dronqo" filminə çəkilib.
Ailəli olub. Həyat yoldaşı vəfat edib. Ali təhsillidir.
“Foodblogger” Suna Kasımoğlu
Image result for Suna Kasımoğlu Maşın
Suna Kasımoğlu 1971-ci ildə Türkiyədə doğulub. 16 ilə yaxındır Azərbaycanda yaşayan Suna xanım təqribən bir ildir bloqerlik edir.
O, “Youtube” kanalında yeməklərin hazırlanma qaydasını əyani şəkildə izləyiciləri ilə bölüşür.
Suna dəfələrlə Azərbaycanı və Azərbaycan yeməklərini çox sevdiyini dilə gətirir. Yeməklərimizi yeməkdən başqa Kasımoğlu bu 16 ildə onların hazırlanma qaydasını da yetərincə öyrənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.