xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Taleh Yüzbəyov

17-09-2019, 11:32 57 dəfə baxılıb

“Kimsə fahişə ilə evlənmək istəyirsə, evlənə bilər” – Taleh Yüzbəyov

Cəmiyyətin “Zəhər tuluğu”na ehtiyacı var idi. Bu ideya ilk yarananda Adil çox ciddi personaj deyildi. O, sadəcə acıdil, hamını bezdirən, hamının zəhləsini tökən adi bir obraz idi. Vaxt keçdikcə özü də bilmədən dönüb filosof oldu. Adilə ehtiyac var imiş ki, sevildi.

Bu sözləri “Zəhər Tuluğu” qısametrajlı filmdə Adil obrazı ilə tamaşaçıların həm məhəbbətini, həm də müəyyən mənada “nifrətini” qazanan aktyor Taleh Yüzbəyov publika.az-a verdiyi müsahibəsində deyib:

“Adilin də, Rənanın da, Zaurun da günahı var, heç biri təmiz deyil. Amma Rənanın məsələsində günah yükü daha çox Zaurun üzərinə düşür. O, bir qızın ona olan hisslərindən öz məqsədləri üçün istifadə edib. Hətta sonradan onu dostlarına və tanışlarına da ötürüb… O seriyada məlum olur ki, günah xanımları qınayan kişilərin özündədir”.

Daha sonra aktyor fahişənin evlənmək arzusu mövzusuna toxunub:

“Bir insan fahişə ilə evlənmək istəyirsə, evlənə bilər. Bu, onun seçimidir. Özü onu qəbul edirsə, sən, mən və digərləri kimdir ki, başqasının həyatına qarışsın. Əlbəttə ki, çətin olacaq. Cəmiyyətdən bunu normal qarşılanmasını da tələb etmək hardasa doğru olmazdı. Yaşadığı mühitdən asılıdır. Bu barədə dəqiq bir fikir bildirmək mümkün deyil, çox qarışıq məsələdir”.

Aktyor onu da bildirib ki, Adilin timsalında öz səhvlərini də təsvir etməyə çalışıb:

“Öz səhvini qəbul etmək daha çətindir, insanlar adətən başqasını göstərib gülməyi xoşlayır. Amma Adildə özümə irad tutduğum nöqsanlar var. Məsələn, birinci seriyada Adil yolda gedərkən yardım etdiyi xanıma “Övladınızın üzünə tüpürərsiniz” deyir. Bu sözlərlə ilk növbədə özümə irad bildirmişəm, başqalarının deyil, əslində öz üzümə tüpürmüşəm. Çox vaxt işdə olduğum üçün anama həmişə yardım edə bilmirəm. Odur ki, içimdə vicdan əzabı çəkirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi