xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

"Qənirə Paşayeva hara baxır?" Yaşar Nurinin həyat yoldaşından SƏRT AÇIQLAMALAR

12-03-2021, 12:36 88 dəfə baxılıb

"Qənirə Paşayeva hara baxır?" Yaşar Nurinin həyat yoldaşından SƏRT AÇIQLAMALAR


Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva mədəniyyət sahəsinə cavabdeh olan qurumları sərt tənqid edib. Sənətkarın xanımı "Ölkə.Az"-a açıqlamasında bildirib ki, ev muzeyindən edilən oğurluqla bağlı nazirlikdən heç kim onunla əlaqə saxlamayıb:
"Martın 10-da Milli Teatr Günü idi. Amma nazirlikdən nə mənə, nə də digər mərhum sənətkarların ailələrinə quruca təbrik də olmayıb. Ev muzeyindən oğurluq olub, amma bir dəfə də maraqlanmayıblar. Aidiyyatı qurumlara müraciət etmişəm, amma onlar da məni Mədəniyyət Nazirliyinə yönəldirlər. Nazirliyin katibliyinə, oradakı köməkçilərə dəfələrlə zəng vurmuşam. Amma heç bir tədbir görülmür, Ölkədəki mədəniyyət qyurumlarına rəhbərlik edən şəxslər nə fikirləşir? "Azdrama"nın, Teatr Xadimləri İttifaqının rəhbərliyi, Mədəniyyət Nazirliyinin rəhbərliyi, Milli Məclisin Mədəniyyət Komitəsi 2012-ci ildən bu yana bir dəfə də bizimlə maraqlanmayıb. Qənirə Paşayeva özgə vaxt hardasa bir problem olanda dərhal reaksiya verir. Bəs bu boyda hadisə baş verib. hara baxır?".

Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və digər əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi