xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”

7-08-2020, 15:39 287 dəfə baxılıb

“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”


06.08.2020-ci il tarixində “Zoom” platforması üzərindən “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılış mərasimi keçirilib.
İlk olaraq açılış nitqi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova layihədə iştirak hüququ qazanan gənclərə uğurlar arzulayaraq dünyanı ağuşuna alan koronovirus (COVİD -19) infeksiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələr və maarifləndirmə işlərində gənc könüllülərin uğurlu iştirakından söz açıb. Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova pandemiya şəraitində həyata keçirilən bu kimi layihələrin gənclərin şəxsi inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Sonda Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev xüsusi təqdimatla çıxış edərək “Gənclərin Onlayn Yay Məktəbi-Özünlə başla” layihəsi barədə iştirakçılara ətraflı məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb.
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin keçirilməsində məqsəd - gənclərin asudə vaxtlarının və yay tətilinin səmərəli təşkili, gənclərin sosial və fərdi inkişafına təkan vermək, gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılmasıdır.
Vurğulamaq istərdik ki, “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” –Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə keçirilir. Layihə ümumi olaraq 7 gün (6-12 avqust) ərzində qeydiyyatdan keçmiş 400 gənc və özünü gənc hiss edənlər arasından seçilən 150-dən çox gəncin iştirakı ilə “Zoom” platforması üzərindən keçiriləcək.
Onlayn Yay Məktəbi vətənpərvərlik, sağlam həyat tərzi, sosial və fərdi inkişaf, intellektual düşünmə qabiliyyəti, müasir və yeni bacarıqların inkişafı, asudə vaxtın səmərəli təşkili istiqamətlərində gündəlik təlim, görüş, vebinar, intellektual oyun və əyləncəli fəaliyyətlərin təşkili ilə baş tutacaq.
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi