xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib

25-02-2020, 14:00 160 dəfə baxılıb

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib


Fevralın 23-də Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib. Ümumilikdə 22 ali təhsil müəssisəsi və 4 kollecin təmsil olunduğu sərgi Sabunçu Gənclər Evində təşkil olunub.
Sərginin açılış mərasimində çıxış edən Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev sözügedən tədbirin məqsədlərindən danışıb. O, gənclərin düzgün ixtisas seçimi etməsi üçün ali təhsil müəssisələrini, burada olan ixtisasları yaxından tanımasının önəmli olduğunu bildirib. Sərginin gənclərin ali təhsil almağa olan marağının güclənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

Sərgi zamanı iştirakçı təhsil müəssisələrinin nümayəndələri tərəfindən bu təhsil müəssisələrinin tarixcəsi, maddi-texniki bazası, burada olan ixtisaslar və təhsil müəssisəsinin üstünlükləri haqqında məlumat veriblər. Gənclər sərgidə iştirak etməklə ali təhsil müəssisələri ilə yaxından tanış olmaqla yanaşı, onları düşündürən suallara cavab əldə etmək imkanı qazanıblar.

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin Sərgisi - 2020” adlı sərgi keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi