xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Sərt karantin gəlir: Qıtlıq ola bilərmi? – Açıqlama

12-06-2020, 11:22 110 dəfə baxılıb

Sərt karantin gəlir: Qıtlıq ola bilərmi? – Açıqlama


Sərt karantin rejimindən əvvəl və sonra vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində heç bir problem yaşanmayıb.

Bunu Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib. O bildirib ki, həftə sonları küçəyə çıxma qadağası tətbiq edilən şəhər və rayonlarda heç bir məhsul qıtlığı qeydə alınmayıb:

“Bütün satış obyektləri ehtiyatlarını əvvəlcədən görmüşdülər. Bu səbəbdən nə sərt karantin rejiminin tətbiqindən bir gün əvvəl, nə də 1-ci gün kənd təsərrüfatı məhsullarının satışında qıtlıq müşahidə olundu. Növbəti qadağalardan əvvəl və sonra da qıtlıq müşahidə edilməyəcək. Çünki qadağanın bitdiyi gün saat 06.00-da hərəkət bərpa edilir. Həmin vaxtı isə Ələtdə və yaxud Quba istiqamətində, Hacı Zeynalabdin Tağıyev ərazisində maşınlar hazır vəziyyətdə durur. Hərəkət bərpa edildikdən sonra onların bazarlara gəlib çıxmasına isə cəmi 1 saat lazım olur”.

Nazirlik rəsmisi fermerlərə təklif edib ki, sərt karantin tətbiq edilən zaman məhsullarını digər bölgələrə aparsınlar:

“Fermerlər bizə müraciət edir ki, kənd təsərrüfatı mallarını sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara gətirsinlər. Biz bir daha fürsətdən istifadə edib deyirik ki, şəhərə giriş-çıxış bağlı olduğu üçün fermərlər məhsullarını həmin günlərdə gətirməsinlər. Biz bu situasiyada fermerlərə təklif edirik ki, öz məhsullarının digər rayonların bazarlarında satışını təmin etsinlər. Bu karantin rejimi əhalinin sağlamlığı üçün tətbiq edilən qərardır. Bununla yanaşı bölgələrimizdə kənd təsərrüfatı malları kifayət qədər bol, tələbat isə çoxdur. Yəni bu gün Göyçayda fermer üçün məhsulu Bakıya deyil, Ağsuya gətirib satmaq daha çox sərf edir. Bu səbəbdən qadağa tətbiq edilən günlərdə fermerlər öz məhsullarını hərəkətin sərbəst olduğu bölgələrin bazarına çıxarsınlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi