xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

21-08-2026, 09:34 4 dəfə baxılıb

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə 14 ailə (71 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30 nəfər), Aşağı Oratağ kəndinə 12 ailə (49 nəfər), Çapar kəndinə 15 ailə (51 nəfər) köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi