xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Bu şəxslər daha tez pensiyaya çıxa bilər

7-05-2026, 09:51 6 dəfə baxılıb

Bu şəxslər daha tez pensiyaya çıxa bilər


Azərbaycanda pensiya sistemi çərçivəsində bəzi kateqoriyalara aid şəxslərə “güzəştli pensiya” hüququ verilir. Bu mexanizm əsasən ağır və zərərli əmək şəraitində çalışanlar, xüsusi peşə sahibləri, eləcə də sosial müdafiəyə daha çox ehtiyacı olan qrupları əhatə edir. 01.07.2017-ci il tarixindən sonra qüvvəyə minən dəyişikliklərə əsasən, bu kateqoriyalar üzrə yaş hədləri və şərtlər yenidən müəyyənləşdirilib. Nəticədə, əmək stajı və peşə xüsusiyyətlərinə uyğun olaraq vətəndaşların pensiyaya daha erkən çıxmaq imkanları formalaşıb.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu, hər zaman belə olub ki, ağır və zərərli şəraitdə çalışan şəxslərə güzəştli pensiya yaşı hüququ tətbiq olunur:

“Zaman-zaman bu sahədə müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu hüququn hansı peşə və ya sahələrə şamil ediləcəyini dəqiq demək çətindir. Açığı, Azərbaycanda güzəştli pensiya yaşının daha geniş kütləyə tətbiq olunacağını gözləmirəm. Bunun əsas səbəbi isə iqtisadi amillərlə bağlıdır. Çünki belə bir qərar qəbul edilərsə, Dövlət Sosial Müdafiə Fondu daha çox vəsait ayırmalı olacaq. Halbuki, fondun mövcud vəsaiti artıq indi də tam yetərli deyil. Hər il əlavə olaraq dövlət büdcəsindən dəstək alır”. Dominos pizza

Buna baxmayaraq, müasir dövrün tələbləri pensiya sistemində yeni peşələrin də nəzərə alınması ehtimalını gündəmə gətirir. Ekspertlərin proqnozlarına görə, gələcəkdə təkcə fiziki deyil, həm də ağır psixoloji və intellektual yükü olan sahələr siyahıya düşə bilər. Daimi gərginlik altında işləyən kibertəhlükəsizlik ekspertləri, süni intellekt analitikləri və hava hərəkətini idarə edən dispetçerlər bu siyahıda potensial namizədlər hesab olunur. Çünki uzunmüddətli koqnitiv yüklənmə də fiziki ağırlıq qədər insanın əmək qabiliyyətinə təsir göstərir.

Yəni, qanunvericilik hazırda əsasən fiziki cəhətdən ağır sahələri əhatə edir, lakin iqtisadi imkanlar yol verərsə, gələcəkdə yüksək stresli rəqəmsal peşələrin də güzəştli pensiya siyahısına daxil edilməsi müzakirə oluna bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi