xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Son bir ildə Azərbaycan əhalisi kasıblayıb, yoxsa varlanıb? – RƏSMİ RƏQƏMLƏR

21-01-2020, 15:03 61 dəfə baxılıb

Son bir ildə Azərbaycan əhalisi kasıblayıb, yoxsa varlanıb? – RƏSMİ RƏQƏMLƏR


Yola saldığımız 2019-cu ildə pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6% artaraq 39,4 milyard manat olub.
Turkustan.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci illə müqayisədə real ifadədə 3,2% üstələyərək 20 milyard manata çatıb. Açıqlanan rəsmi məlumatlarda eyni zamanda bildirir ki, ötən il istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilə nisbətən 2,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,6% bahalanıb. Açıqlanan rəqəmlərə baxıldığı zaman açıq şəkildə görünür ki, ötən il ərzaq məhsullarının qiymətləri xərcləmələrdən daha çox artıb.
Nəzəri baxımdan bu o deməkdir ki, 2018-ci il ərzində 2000 manatlıq ərzaq alan hər hansı bir şəxs ötən il 2000 manata eyni miqdarda ərzağı ala bilməyib. Belə ki, 2018-ci ildə dəyəri 2000 manat olan ərzaq bahalanaraq (3,6% inflyasiya) ötən il 2072 manat olub. Buna paralel olaraq 2018-ci ildə ərzaq üçün 2000 manat xərcləyən həmin şəxs ötən il 2064 manat xərcləyib. Bu da o deməkdir ki, həmin şəxs 2018-ci ildən fərqli olaraq ötən il 6 manat dəyərindəki məhsulu ala bilməyib. /Yeniavaz.com/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi