xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Sosial şəbəkələr uşaqları təhsilsiz və ünsiyyətsiz edir? - Psixoloqdan xəbərdarlıq

22-10-2025, 15:30 3 dəfə baxılıb

Sosial şəbəkələr uşaqları təhsilsiz və ünsiyyətsiz edir? - Psixoloqdan xəbərdarlıq


Son illərdə uşaqların sosial mediaya çıxışı sürətlə artıb. Smartfonlar, planşetlər və kompüterlər vasitəsilə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən sosial media, uşaqlar üçün həm əyləncə, həm də öyrənmə mənbəyi kimi çıxış edir. Lakin erkən yaşda intensiv sosial media istifadəsi onların diqqət və konsentrasiyasına mənfi təsir göstərə bilər.

Bəs, erkən yaşda sosial media istifadəsi uşağın diqqət və konsentrasiyasına necə təsir edir?

Məsələ ilə bağlı Ölkə.az-a danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova bildirib ki, uşaqların erkən yaşda planşet, telefon və digər texnika ilə tanış olması sonradan onların marağının artıq sosial şəbəkə və müxtəlif oyunlara, filmlərə artmasına səbəb olur.

Onun sözlərinə görə, valideynlər əvvəlcədən elə düşünürlər ki, smartfon, kompüter və ya planşet verdikdə, uşaqlara istədikləri kimi nəzarət edə biləcəklər:

"Amma məlum olur ki, buna nəzarət etmək, əslində, mümkün olmur və nəticədə uşaqlar bu cihazlardan asılı vəziyyətə düşürlər. Telefon, kompüter və planşetdən asılılıq onları elə bir vəziyyətə gətirir ki, demək olar, bütün günlərini sosial şəbəkələrdə və internetdə keçirirlər.

Erkən yaşda sosial media istifadəsi uşaqlarda, əlbəttə ki, zamanı idarə edə bilməməyə səbəb olur. Onlarda diqqət pozğunluğu yaranır, aqressivləşirlər, dərsdə, məktəbdə və yaxud universitetdə problemlər yaşayırlar, insanlardan uzaqlaşırlar. Sosial olaraq bir-biriləri ilə əlaqə qura bilmirlər, cəmiyyətdən ayrı qalırlar, asosiallaşırlar və sair. Düşünürəm ki, artıq bir neçə sosial şəbəkədə aktiv olan uşaq gündəlik həyatında nələr edəcəyini, planlarını belə unudur və bir neçə ildən sonra təhsilsiz, ünsiyyətsiz və özünə qapanıq bir şəxsiyyətə çevrilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi