xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Nazirdən pensiyalarla bağlı şad xəbər – “Bu il 200 min…”

14-01-2020, 11:23 60 dəfə baxılıb

Nazirdən pensiyalarla bağlı şad xəbər – “Bu il 200 min…”


“Azərbaycanda pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı bizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarmaqla yanaşı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30%-lik bir artım oldu. Bu islahatların nəticəsində də ölkədə orta pensiya 2019-cu ildə 15% artdı, yaşa görə pensiya 15%, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22% artdı”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

“Pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80%-i, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada – hər hansı bir ünvana getmədən pensiya təyinatı aparıldı. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi. Bu sahədə də Sizin tapşırıqlarınıza müvafiq olaraq elektronlaşma tədbirləri görüldü və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaq”, – o qeyd edib.   /Report/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi