xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır

30-06-2025, 10:08 4 dəfə baxılıb



Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial müavinətlər artırılıb.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat;
- ailə başçısını itirməyə görə 140 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 manat;
- beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat;
- övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 manat;
- himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat;
- uşağın anadan olmasına görə 600 manat;
- dəfn üçün 600 manat.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi