xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır

18-12-2019, 10:15 50 dəfə baxılıb

Bakıda sənədsiz həyət evləri qeydiyyata alınır


Bakının bir neçə rayonunda sənədsiz evlərin dövlət qeydiyyatına alınması məqsədi ilə işlərə başlanıb.
"Xəzər TV"yə istinadən xəbər verir ki, Nərimanov rayonu, Xutor qəsəbəsi 1-ci Şimal Ştilliyi, 4-cü Aşırım və digər küçələrdə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması üçün mənzil və həyətyanı sahələrdə ölçmə işləri aparılıb. Sakinlərə isə bildirilib ki, ölçmə işlərinin aparılması yaxın vaxtlarda sənədsiz evlərə çıxarışların verilməsi məqsədi daşıyır.

Nərimanov rayonu 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Edson İmanovun sözlərinə görə, ərazi üzrə yerləşən sənədsiz həyət evlərinin dövlət qeydiyyatına alınması işləri 90 faiz yerinə yetirilib. Xüsusi ilə də Xutor qəsəbəsi ərazisində yüzlərlə sənədsiz həyət evlərində ölçmə işləri aparılıb və həmin evlər qeydiyyata alınıb.

Nəsimi rayonu 3-cü Alatava, Cəlil Məmmədquluzadə və bir neçə küçələrdə də bu işlər aparılıb. Ancaq bəzi sənədsiz evlər var ki, həmin evlərdə ölçmə aparılmayıb.
Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi Mirnazir Əliyevin sözlərinə görə, rayon ərazisində olan sənədsiz evlər və həyətyanı ərazilərdə ölçmə işləri bu ilin sonuna kimi yekunlaşacaq. Qeydiyyata alınan sənədsiz evlərlə bağlı məlumatlar isə Nəsimi rayon İcra Hakimiyyətinə təqdim ediləcək.

Qeyd edək ki, sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda bir neçə rayon icra hakimiyyətlərində komissiya təşkil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi