xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik

12-06-2024, 14:52 10 dəfə baxılıb

Yeni nəsil şəxsiyyət vəsiqələrində dəyişiklik


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

Qeyd olunub ki, 2018-ci ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələri tətbiq edilir.

Bununla əlaqədar "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununda dəyişikliklər edilib, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilib.

Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin verilmə tarixi deyil etibarlılıq müddəti göstərilir.

Seçki prosesində iştirak edən yeni nəsil şəxsiyyət vəsiqələri sahiblərinin rastlaşdığı problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinin müvafiq normalarını yeni qanunvericilik aktlarına uyğunlaşdırılması zərurəti yaranıb. Bu məqsədlə "Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb.

Bundan sonra seçki prosesində iştirak edəcək yeni nəsil şəxsiyyət vəsiqə sahiblərinin məlumatlarında şəxsiyyəti təsdiq edən seriyası, nömrəsi və verilmə tarixi ilə yanaşı, etibarlılıq müddəti də qeyd olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi