xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Bakıda qəbiristanlıq əraziləri artırılacaq

8-01-2024, 12:10 1 dəfə baxılıb

Bakıda qəbiristanlıq əraziləri artırılacaq


Bakı şəhərində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsinin ayrılması nəzədə tutulub.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunur ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 m2 qəbul edilir. Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilib.



Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.

Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.



Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən, 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.

2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 34 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 834 ha-ya çatdırılması tələb olunacaq. Baş Planla 2040-cı ilədək qəbiristanlıqların genişləndirilməsi üçün əlavə sahələr nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi