xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Bakının bu ərazisində söküntü olacaq - Kompensasiya, kirayə pulu, yeni mənzil.... - VİDEO

3-04-2023, 14:22 54 dəfə baxılıb

Bakının bu ərazisində söküntü olacaq - Kompensasiya, kirayə pulu, yeni mənzil.... - VİDEO


Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan “Kubinka” yeni, müasir görkəminə qovuşacaq.

Keçmiş filmlərdə gördüyümüz bazarlar, məhəllələr yaxın gələcəkdə yeni siması ilə hər kəsi təəccübləndirəcək. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəz olunacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda “Kubinka”da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov itv-yə bildirib ki, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur: "Kubinka"nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə aidiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır.

Kimlərin ki, evlərinin sahəsi 20 kvadrata yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadrat metr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi