xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - VİDEO

9-07-2022, 12:49 32 dəfə baxılıb

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - VİDEO


Son günlər ölkəmizdə koronavirusla bağlı statistikada artım müşahidə olunur. Dünən COVID-19-a 59 nəfər yoluxub. Hazırda hər kəsin ehtiyat etdiyi məqam karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsidir ki, aidiyyəti səhiyyə qurumları bununla bağlı birgə məlumat yayıb.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd edilib ki, son günlərdə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Yoluxma dinamikası intensivləşəcəyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. TƏBİB-in infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə bu artımın ölkəmizdə 2,5 dəfə artıq olduğunu bildirib.

Bununla belə, yoluxanların sayında artımın müşahidə edilməsi xəstəliyin ağır keçməsinə səbəb olan amil deyil. Lakin vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir.

Bundan əlavə, qeyd olunub ki, dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanmasına nail olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi