Ədalət Bağırov: “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir
24-06-2022, 11:47
175 dəfə baxılıb
Yasamal rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin rəisi Ədalət Bağırov - “Bu gün dünyanın ən güclü silahlı qüvvələrindən biri kimi qəbul edilən Azərbaycan Ordusu yaranmasının 104-cü ildönümünü qeyd edir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi”.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı: “Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildi. Həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Qafqazda ən müasir ordusu hesab olunan Azərbaycan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu və Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın, o cümlədən adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Təsadüfi deyil ki, işğalçı Ermənistanın kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticə idi”.
“Rəşadətli Ordusu Azərbaycanın şanlı qələbəsini təmin etməklə bir daha döyüş meydanında özünün üstünlüyünü sübut etdi” – deyən Ədalət Bağırov əlavə edib ki, əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyan Azərbaycan Ordusunun gücü beynəlxalq səviyyədə etiraf olundu: “Sirr deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmadı, yaralı əsgər və zabitlər isə tezliklə sağalıb, döyüş meydanına qayıdıb, öz missiyasını başa vurmaq üçün can atırdı. Bunun da səbəbi heç şübhəsiz ki, xalq-ordu birliyi idi. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşmidi və “Dəmir yumruq” da Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzinə çevrilmişdi. Şübhə yoxdur ki, bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR