xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Saleh Sadiqov: Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

13-05-2022, 01:36 143 dəfə baxılıb

Saleh Sadiqov: Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqov - Ümummilli Liderin qətiyyətli, müdrik rəhbər olmasını dünyanın tanınmış şəxsiyyətləri, siyasi xadimləri yüksək qiymətləndirərək deyiblər: “Azərbaycan xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi rəhbəri var”.

Əlbəttə ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ölkə rəhbərliyinə gəldiyi il dövrdən başlayaraq, hüquqi və demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi. Heydər Əliyevin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası yaradıldı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş bu Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, hüquqi və dünyəvi dövlət quruculuğuna yol açıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən biridir.

Ulu öndər Heydər Əliyevin ölkədə sabitlik yaradılması, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin möhkəmləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır.

Məhz ölkəmizdə bazar iqtisadiyyatının təşəkkül tapmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüş Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır. Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, beynəlxalq sahədə kifayət qədər nailiyyətlər qazanılmışdırsa, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə – bunlar Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadi həyatında qazanılmış ən mühüm uğurlardan biri də dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə bağlanmış neft müqavilələri olmuşdur.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” deyən Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Xəzərin Azərbaycan hissəsində dünyanın tanınmış neft şirkətləri ilə yataqların birgə işlənməsi üzrə ilk sazişlərin, “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizin parlaq gələcəyinə stimul yaradan yeni neft strategiyası Heydər Əliyev müdrikliyinin bariz nümunəsi idi.
Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail olmaq üçün ciddi tədbirlər həyata keçirmişdir. Müstəqillik illəri ərzində Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesinə ciddi diqqət yetirilmiş, əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndirilmişdir. Heydər Əliyevin müvafiq sərəncamları ilə 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi, 1999-cu il yanvarın 20-də Hərbi Akademiya yaradılması, 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin təşkil edilməsi nəticəsində ordu quruculuğunda fundamental nailiyyətlər əldə olmuşdur.

Bu gün də Ulu Öndərin ideyaları Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qalib ölkə kimi Qafqazın lider dövləti olaraq çox sürətlə inkişaf edərək dünya ölkələri arasında özünə layiqli yer tutub.

Biz fəxr edirik ki, Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi