xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər - VİDEO

26-04-2022, 15:30 48 dəfə baxılıb

Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər - VİDEO


Elektrik mühərrikli avtomobil almaq istəyənlərə şad xəbərimiz var. Belə ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir. Artıq bununla bağlı yeni layihə də hazırlanıb. Bəs hibrid avtomobillərin idxal rüsumu ilə bağlı da yenilik olacaqmı?

Dövlət Gömrük Komitəsinin rəsmisi “XəzərXəbər”in bununla bağlı suallarını cavablandırıb.

Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir. Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi Taryel Alıverdiyev deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.
Bununla bərabər, elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir.

Qeyd edək ki, istehsal tarixi üç ildən, mühərrikinin həcmi isə 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi