xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Uşaqlar üzərində aparılan koronavirus araşdırmalarının nəticələri AÇIQLANDI

17-09-2021, 11:14 50 dəfə baxılıb

Uşaqlar üzərində aparılan koronavirus araşdırmalarının nəticələri AÇIQLANDI


Uşaqlar üzərində aparılan uzun COVID araşdırmasının nəticəsi bəlli olub.

Guardian” xəbər verir ki, elm adamları koronavirusa yoluxan və uzun müddət sağlamlığına qovuşa bilməyən insanlarla bağlı araşdırma aparıb.

Pediatrik İnfeksion Xəstəlikləri jurnalında yayımlanan araşdırmaya görə, koronavirusa yoluxan gənclər və uşaqlar nadir hallarda 12 həftədən daha çox simptomlar daşıyırlar.
Bundan əlavə, qeyd olunub ki, piylənmə, xroniki böyrək xəstəliyi, ürək xəstəlikləri, immunitet pozğunluğu da daxil olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların və yenityetmələrin koronavirusu ağır keçirmə ehtimalı 25 dəfə daha çoxdur.

Murdoç Uşaq Araşdırma İnstitutunun yolxucu xəstəliklər üzrə mütəxəssisi, professor Niqel Kurtis bildirib ki, uşaqlarda koronavirus adətən asemptomatikdir və xəstəxanaya yerləşdirmə ehtimalı aşağıdır.

Elm adamları koronavirusun insan bədənində aktiv olmayan və ya gizli virusları yenidən aktivləşdirdiyini düşünür. Bu da bəzi insanların koronavirusa nə üçün uzun müddət qalib gəlmədiyi sualının cavabı ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi